Özbəkistanda böyük qızıl yatağı aşkar edilib
Daşkənd, 3 aprel, АZƏRTAC
Özbəkistanın Çukurkuduk adlanan ərazisində 133 ton ehtiyatı olan böyük qızıl yatağı aşkar olunub.
AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Geologiya və Mineral Ehtiyatlar Komitəsində keçirilən mətbuat konfransında bildirilib.
Qeyd olunub ki, ötən il 70-80 ton ehtiyatı olan daha bir neçə yataq tapılıb. Surxandərya vilayətində aşkar edilən Çinarsoy yatağında qızıl, gümüş, qurğuşun və digər qiymətli metallar var.
Səmərqənd və Qaşqadərya vilayətlərinin sərhədindəki Sarıkul yatağı isə volframla zəngindir. Qeyd edilib ki, Daşkənd vilayətinin Almalık şəhəri yaxınlığında aşkar olunan böyük mis mədəninin də istismarına başlanacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]