ÖZBƏKİSTANDA XOCALI FACİƏSİ İLƏ BAĞLI MÜXTƏLİF TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Daşkənd, 18 fevral (AZƏRTAC). Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası və Özbəkistanın vilayətlərindəki Azərbaycan Mədəniyyət mərkəzləri Xocalı faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirəcəklər.
Assosiasiyanın icraçı direktoru Yasin Əhmədov bildirmişdir ki, faciənin ildönümü ilə əlaqədar Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzində anma mərasimi keçirilməsi nəzərdə tutulur. Bu tədbirə diasporumuzun üzvləri, digər xalqların mədəniyyət mərkəzlərinin rəhbərləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər dəvət ediləcəklər. Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat veriləcək, onlara faciə haqqında məlumatlar toplusu təqdim olunacaq, video və fotomateriallar nümayiş etdiriləcəkdir.
Səmərqənd, Buxara, Nəvai, Fərqanə, Sır-Dərya və Daşkənd vilayətlərində də anma mərasimləri keçiriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]