ÖZƏL KLİNİKALARIN İŞİNİN SƏVİYYƏSİNİ ARTIRMAQ VACİB MƏSƏLƏDİR
Nazir demişdir: “Əlbəttə, dövlət tibb müəssisələrində vəziyyət lazımi səviyyədə deyildir, lakin vətəndaşların analizlərin dəqiq cavabını almaq sahəsində qənaətbəxşdir”.
Bildirilmişdir ki, nazirliyə daxil olan şikayətlərin birində deyildiyi kimi, hemofiliyaya tutulmuş oğlan uşağının diaqnozu özəl klinikada dəqiq qoyulmamış, nəticədə o, cərrahiyyə əməliyyatı zamanı az qala öləcəkdi. Bəzi hallarda özəl klinikalarda qoyulan diaqnozlar xəstələrin getdikləri xarici klinikalarda təkzib edilir”.
Nazir dövlət tibb müəssisələri mütəxəssislərinin özəl klinikalarla əməkdaşlığına qoyulan qadağanın pozulması məsələsinə də toxunaraq bildirmişdir ki, həmin həkimlər tapılaraq cəzalandırılacaqlar. Nazir tibbi laboratoriya müayinəsi üçün dövlət tibb müəssisələrindən özəl klinikalara göndərişi qadağan etmiş, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda özəl klinikaların tibb heyətinin ixtisasının artırılmasının təşkili təklifini irəli sürmüşdür. Nazir vurğulamışdır ki, pozuntu halları müəyyən olunacağı təqdirdə özəl klinikalar cəzalandırılacaqlar. O bildirmişdir ki, yaxın günlərdə özəl klinikalara şəxsən baxış keçirəcəkdir.