Pakistanın Beyin Mərkəzi İnstitutu iqlim dəyişikliyi ilə bağlı konfrans keçirib
İslamabad, Hilal Əhməd, 31 oktyabr, AZƏRTAC
Pakistanın Beyin Mərkəzi İnstitutu və Regional Tədqiqatlar İnstitutu İslamabadda iqlim dəyişikliyi ilə bağlı konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar beynəlxalq səviyyədə intensivləşən iqlim dəyişikliyi böhranının öhdəsindən gəlmək və onunla mübarizə aparmağın vacibliyini qeyd edərək, bu məsələdə Pakistanın səylərini vurğulayıblar. Onlar, həmçinin 2022-ci ildə baş vermiş daşqınlardan danışaraq Pakistanın iqlim dəyişikliyinin təsirlərinə tez-tez məruz qalan ölkələrdən biri olduğunu qeyd ediblər.
Bakıda keçiriləcək COP29-un qlobal səviyyədə iqlim dəyişikliyində faydalı olacağını vurğulayan iştirakçılar bu məsələdə Azərbaycanın mühüm rol oynadığını söyləyiblər. Tədbirdə çıxış edən Pakistanın sabiq iqlim dəyişiklikləri naziri senator Şerri Rehman uyğunlaşma üçün bütün mümkün resursların işə salınmasının və iqlim dəyişikliyi probleminin həlli üçün BMT və digər çoxtərəfli qurumlarla işləməli olduğunu bildirib.
Konfrans panel müzakirələrlə davam edib.