PARALİMPİYAÇILARIMIZ BEYNƏLXALQ TURNİRİ UĞURLA BAŞA VURMUŞLAR
Turnirdə ölkəmizi “Neftçi” İSM-nin yetirmələri Yelena Taranova, Afaq İsmayılova və Əkbər Muradov təmsil etmiş və onlar 2008-ci ildə Pekində keçiriləcək XIII Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda növbəti xalları qazanmışlar.
İki gün davam edən turnir idmançılarımız üçün uğurlu olmuşdur. Sidney Paralimpiya Oyunlarının gümüş, Afina Paralimpiya Oyunlarının bürünc medalçısı Yelena Taranova pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada 346 xal toplayaraq, ikinci yer tutmuş və Pekin Paralimpiya Oyunlarına lisenziya normativini ikinci dəfə yerinə yetirmişdir. O, həmçinin idman tapançasından 25 metr məsafəyə atəşaçmada 549 xal toplamaqla da lisenziya xalı qazanmışdır.
Əkbər Muradov pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada 568 xalla 63 nəfər arasında ikinci yer tutmuş və ilkin lisenziya xalını əldə etmişdir. O, 50 metr məsafəyə atəşaçmada 517 xal toplamaqla da lisenziya normativini yerinə yetirmişdir. Afaq İsmayılova isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada 349 xal nəticə ilə lisenziya normativini ikinci dəfə yerinə yetirmişdir.
Xatırladaq ki, paralimpiyaçılarımız iyulda İsveçrədə keçiriləcək dünya çempionatında medallarla yanaşı, lisenziya xalı qazanmaq uğrunda da mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]