“Paris-2024”: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda yaponiyalı Mitsuya Tanaka ilə qarşılaşıb.
Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.