“Paris-2024”: Lebron Ceyms ABŞ-ın bayraqdarı olacaq
Bakı, 22 iyul, AZƏRTAC
ABŞ-ın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarlarından biri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, iyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı tanınmış basketbolçu Lebron Ceyms yerinə yetirəcək. Bu barədə ABŞ Olimpiya Komitəsi məlumat yayıb.
Ulduz basketbolçu indiyədək iştirak etdiyi “Afina-2004”də bürünc, “Pekin-2008” və “London-2012” Yay Olimpiya Oyunlarında isə qızıl medal qazanıb.
ABŞ-ın qadın bayraqdarının adı isə iyulun 23-də açıqlanacaq.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]