PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov noyabrın 1-də Türkiyəyə yola düşmüşdür.
Səməd Seyidov səfər zamanı Avropa Şurası Parlament Assambleyasının xətti ilə Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə müşahidəçi kimi iştirak edəcəkdir.
Səfər noyabrın 8-də başa çatacaqdır.
X X X
Milli Məclisin deputatları Musa Musayev, Tapdıq Kamalov, Vüqar Rəhimzadə, Elman Məmmədov, Bəxtiyar Əliyev, Zahid Orucov, Cəmil Həsənov NATO-nun baş qərargahında keçiriləcək müzakirələrdə iştirak etmək üçün noyabrın 3-dən 7-dək Brüsseldə səfərdə olacaqlar.
Təşkilatın mülki və hərbi nümayəndələri ilə keçiriləcək görüşlərdə “Avro-Atlantik Əməkdaşlıq Şurası və Azərbaycan”, “NATO-nun yeni əlaqələri: Rusiya-Qafqaz və Mərkəzi Asiya”, “Terrorizmə qarşı mübarizə” mövzularında fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin
mətbuat xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]