Parlamentin iclaslarında iştirak etməyən bolqar deputatlar cəzalandırılacaqlar
Sofiya, 3 mart, AZƏRTAC
Bolqarıstan parlamentinin hüquq komissiyası üzrlü səbəb olmadan parlamentin iclasında ardıcıl 3 dəfə iştirak etməyən və ya ay ərzində 5 dəfə iştirak etməyən deputatları əməkhaqqından məhrum etmək, təmsilçilik xərclərini azaltmaq kimi cəzaların tətbiqini irəli sürüb.
Eyni zamanda, iştirak etmədikləri günlər onların əmək stajına əlavə olunmayacaq. İrəli sürülən təklif deputatların çoxu tərəfindən bəyənilib və səs çoxluğu ilə qəbul olunub. Bununla da Bolqarıstan parlamentində deputatların iştirak qaydaları dəyişdirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]