Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parlamentin yaz sessiyasının son plenar iclası keçirilib

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Milli Məclisin 2017-ci il yaz sessiyasının sonuncu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov açıb.

Gündəliyin təsdiqindən sonra müzakirələr başlanılıb. Əvvəlcə əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, yeni layihəyə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq. İşçinin bir ilədək əmək staji olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı iki təqvim həftəsi əvvəl, stajı bir ildən beş ilədək olduqda azı dörd təqvim həftəsi əvvəl, stajı bir ildən on ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı on ildən çox olduqda azı doqquz təqvim həftəsi əvvəl edilməlidir. İşdən çıxarma müavinətləri ödənilərkən işçinin stajı nəzərə alınacaq. İşçinin bir ilədək əmək stajı olduqda ona orta aylıq əmək haqqı miqdarında, bir ildən beş ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək stajı olduqda 1,7 misli miqdarında, on ildən çox stajı olduqda azı iki misli miqdarında müavinət ödəniləcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə məlumatı təqdim edib. O, qeyd edib ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb. Dünya ölkələri arasında toqquşmaların, ziddiyyətlərin artmasına baxmayaraq, ölkəmiz daxili stabillik nümayiş etdirib. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirir. Vurğulanıb ki, sənəd və hesabat “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq hazırlanıb. Hesabat 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları və ona xidmət, Azərbaycan Prezidentinin ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir. Ziyad Səmədzadə bildirib ki, qlobal mühitdəki proseslərə cavab olaraq Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri üzrə təsdiq etdiyi Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan çevik addımlar, həyata keçirilən qabaqlayıcı və tənzimləyici tədbirlər dünya iqtisadiyyatında baş vermiş proseslərin ölkə iqtisadiyyatında yarana biləcək mənfi təsirlərini neytrallaşdırmağa imkan verib. Büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 2017-ci il 1 yanvar tarixinə 2 307 milyon manat həcmində sərbəst xəzinə qalığı yaranıb. ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29 faiz təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3 faizə çatıb ki, bu da 2015-ci illə müqayisədə 5,7 faiz çoxdur. 2016-cı ildə dövlət büdcəsinin xərcləri 18495,0 milyon manat proqnoza qarşı 17751,3 milyon manat və ya 96 faiz icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 milyon manat azdır. 2016-cı ildə dövlət büdcəsinin kəsiri 245604,1 min manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31231,6 min manat, xarici qrantlar 12325,5 min manat, daxili və xarici borclanmadan daxilolmalar isə 186818,5 min manat təşkil edib.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyini təqdim edib. O, bildirib ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1 faiz icra edilib. 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir.

Vüqar Gülməmmədov hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı əsas meyilləri diqqətə çatdıraraq 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 17751,3 milyon manat təşkil etməklə, 96 faiz icra edildiyini bildirib. O, proqnozlaşdırılmış məbləğlə müqayisədə icra edilməmiş büdcə xərclərinin 743,7 milyon manat təşkil etdiyini, həmin məbləğin 42,7 faizinin əsaslı xərclərin üstünlük təşkil etdiyi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, 14,2 faizinin isə “Ümumi dövlət xidmətləri” bölməsinin payına düşdüyünü diqqətə çatdırıb. Qeyd olunub ki, il ərzində dövlət büdcəsinin icrası prosesində plan göstəricilərinin funksional təsnifatında bir sıra dəyişikliklər aparılıb. Bu dəyişikliklər əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi sərəncamlarının icrası ilə bağlı olub.

Sonra Milli Məclisin deputatları qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, sənədin qanunvericiliyə uyğun hazırlandığı qeyd edilib.

Sonra iclasda iştirak edən maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, hazırda ölkədə neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Yeni fiskal qaydalar hazırlanmaqdadır. 2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb. O, qeyd edib ki, dövlət müəssisələrinin dividendləri ilə bağlı proqnoz göstəriciləri dəyişə bilər. İcra olunmayan dividendlər maliyyə sektorunda fəaliyyət göstərən qurumlar tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üçün ağır il olub. Buna görə də dividendlərin ödənilməsində problemlər var. Səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərar verilib. İcbari tibbi sığorta ilə bağlı olan pilot layihə Mingəçevir və Yevlax rayonlarında uğurla həyata keçirilməkdədir.

Sonra nazir sənədlə bağlı deputatları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi barədə məlumatı təqdim edib. Bildirilib ki, qanun layihəsi bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun məqsədi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, bu sahədə korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, bu orqanların fəaliyyətinin qiymətləndirilməsi zamanı vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir. Diqqətə çatdırılıb ki, etik davranış qaydalarına əməl olunmasına bələdiyyə sədri nəzarət edir. Qanuna görə, etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü intizam məsuliyyətinə cəlb edilir. İntizam məsuliyyəti bələdiyyə iclasının qərarı əsasında xəbərdarlıq və töhmət şəklində tətbiq edilir.

Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, 2005-ci il 16 may tarixdə Varşavada imzalanmış bu sənədə Azərbaycan müvafiq qeyd-şərt və bəyanatlarla qoşulur. Sənəd səsvermə yolu təsdiqlənib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə, həmçinin, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri barədə məlumatı təqdim edib. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Deputatlar “Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini təsdiqləyiblər.

Sonra iclasda “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sənəddəki uyğunlaşdırıcı texniki dəyişiklik təsdiq olunub.

Gündəlikdəki növbəti 11 məsələ barədə məlumat verən komitə sədri Əli Hüseynli bu sənədlərə edilən dəyişikliklərin ötən il “Dövlət qulluğu haqqında” qanunun 28-ci maddəsinə (“Dövlət qulluğuna qəbul” bölməsi) edilmiş əlavə ilə bağlı olduğunu vurğulayıb. Sonra “Diplomatik xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Ölçmələrin vəhdəti haqqında” qanun layihələrində, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Gömrük orqanlarında xidmət haqqında”, “Miqrasiya orqanlarında xidmətkeçmə haqqında”, “Vergi orqanlarında xidmət haqqında” Əsasnamələrdə edilən dəyişikliklərlə bağlı sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

“Haqsız rəqabət haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanunlara dəyişiklik edilməsi barədə sənədlərin mahiyyətcə “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıdığı bildirilib. Hər iki sənəd səsə qoyularaq qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədlə bağlı məlumat verib. Bildirilib ki, sənədin 11-ci və 50-ci maddələrinə “hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamının qadağan olunması” ilə bağlı müvafiq dəyişikliklər edilib. Sənəd səsə qoyularaq təsdiqlənib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” Qanuna edilən dəyişikliklərin də “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə edildiyini bildirib. Bu sənəddə təsdiq edilib.

Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev “Üzümçülük və şərabçılıq haqqında” Qanunda edilən dəyişikliklə bağlı məlumat verib. Qeyd edilib ki, “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə qanuna yeni maddənin əlavə edilməsi nəzərdə tutulur. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda, nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində yerləşdirilə bilməz. Şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir.

Sənəd səsvermə yolu ilə qəbul edilib.

Sonra regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna dəyişiklik barədə məlumat verib. O, diqqətə çatdırıb ki, təklif olunan dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, 9.1.1-ci maddədə “küçə” sözü “açıq məkanda” ifadəsi ilə əvəz edilir. Qeyd edilib ki, dəyişiklik “Reklam haqqında” Qanuna uyğunlaşdırmaq məqsədi ilə təklif edilir. Sənəd səsə qoyularaq qəbul edilib.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Telekommunikasiya haqqında” Qanuna dəyişiklik edilməsi barədə məlumatında deyib ki, sənədə “Reklam haqqında” Qanuna uyğunlaşdırma məqsədilə “telekommunikasiya vasitələri və qurğuları ilə yayımlanan reklam” başlıqlı yeni 50-1 maddə əlavə edilir. Texniki dəyişiklik səsə qoyularaq təsdiq edilib.

Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim edib. Sənədin növbəti iclasda müzakirə edilməsi məqsədəuyğun sayılıb.

Sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında sənədi şərh edib. Bildirilib ki, qanun layihəsi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun tətbiqi ilə bağlı hazırlanıb. Gündəlikdəki “İcra haqqında” Qanuna dəyişiklik edilməsi barədə sənədin 20-ci maddəsinə düzəliş edilməsi də məhz bununla bağlı idi. Deputatlar hər iki sənədə edilən dəyişiklikləri razılıqla qarşılayıblar.

Sonra Ziyad Səmədzadə gündəlikdəki növbəti - “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi ilə bağlı məsələ ilə əlaqədar fikirlərini bildirib. Qeyd olunub ki, qanun layihəsinə edilən dəyişiklik 4 sənədi - “İcarə haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında, “Veteranlar haqqında, “Azərbaycan vətəndaşlarının pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunları əhatə edir. Sənədlərdəki “Dövlət Sosial Müdafiə Fondu” sözləri, “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəzlənir. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

Komitə sədri Əli Hüseynli Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini barədə məlumat verib. Bildirilib ki, sənədə edilən dəyişikliklər əmək fəaliyyəti ilə məşğul olan məhkumların qazancından məcburi dövlət sosial siğorta haqqının tutulması prinsipini özündə ehtiva edir. Sənəd səsə qoyularaq qəbul edilib.

Daha sonra “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” sənəd təqdim edilib. Bildirilib ki, buradakı dəyişikliklər Azərbaycan Respublikası vətəndaşlığına qəbul və vətəndaşlıqdan çıxma ilə bağlı rüsumların bundan sonra “Dövlət rüsumu haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcəyini ehtiva edir. Sənəd qəbul edilib.

İclasda “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Bildirilib ki, sənədin 2-ci maddəsinə “səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti” sözləri əlavə edilir ki, bu da dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adının salınmasını nəzərdə tutur. Sənəd səsə qoyularaq təsdiqlənib.

Daha sonra Cinayət Məcəlləsində təklif edilən dəyişikliklər barədə məlumat verilib. Qeyd olunub ki, dəyişikliklərdə İnzibati Xətalar Məcəlləsinin təsdiq edilmiş müvafiq bəndlərinin icrasına uyğunlaşdırmaq məqsədilə Cinayət Məcəlləsinin 17 fəslində cərimələrin artırılması nəzərdə tutulur. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

İclasda “Publik hüquqi şəxslər haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü qaydasında sənədin 3.4 və 6.4 maddələrinə əlavələr edilir. Belə ki, publik hüquqi şəxslər qanunun tələblərinə uyğun şəkildə hüquqi xidmət göstərirlərsə, “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu tuta bilərlər. Onların fəaliyyəti Qanunun tələbləri ilə tam uyğunlaşırsa, “Publik hüquqi şəxslərin nizamnaməsi”nə əsasən həmin əməkdaşlar dövlət qulluqçusu statusuna bərabər tutulurlar. Sənəd səsə qoyularaq təsdiq edilib.

İclasda “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna təklif edilən dəyişikliklər də səsə qoyularaq təsdiqlənib.

Sonda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 53-cü maddəsinə edilən “həqiqi hərbi xidmətə çağırılma və səfərbərliklə bağlı” dəyişikliklər də qəbul olunub.

Milli Məclisin sədri Oqtay Əsədov 84 deputatın müraciəti əsasında parlamentin növbədənkənar sessiyasının çağırılacağını söyləyib və Milli Məclisin yas sessiyasını bağlı elan edib.

Azərbaycanın dövlət himni səsləndirilib və Milli Məclisin 2017-ci il yaz sessiyası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər