Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Paşinyanı “demokrat”, separatçıları isə “hərbi əsir” kimi qələmə vermək riyakarlığın pik həddidir” – Deputat

“Paşinyanı “demokrat”, separatçıları isə “hərbi əsir” kimi qələmə vermək riyakarlığın pik həddidir” – Deputat

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakıda keçiriləcək COP29-a sayılı günlər qaldıqca Ermənistan və onun havadarlarının Azərbaycana qarşı çirkin kampaniyaları genişlənib. Son günlər ölkəmizdə insan haqlarının vəziyyətinə dair tez-tez müzakirələr təşkil edən beynəlxalq təşkilatları, xarici ölkələri narahat edən, əslində, başqa məsələlərdir. Onlar Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrini və terrorçuları “hərbi əsir” kimi qələmə verərək onların azad olunmasını tələb edirlər. Azərbaycana qarşı ərazi iddiaları sürən, konstitusion quruluşu dəyişdirməyə cəhd göstərən, ərazilərimizdə quldur dəstələri yaradan, torpaqlarımızı minalayan, insanlarımızı qətlə yetirən separatçıların müdafiəsinə qalxan avropalılar görəsən onların müharibədən əvvəl ölkəmizin ünvanına səsləndirdikləri ittihamlarla tanışdılarmı? İndi etnik xislətlərinə uyğun olaraq özlərini “əzik”, “fağır” aparan ermənilər müharibədən əvvəl “Azərbaycan xalqını Xəzərə tökmək” niyyətlərini açıq ifadə edirdilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, onlar Bakıya qədər gələcəklərini deyirdilər, gəldilər, amma qolları qandallı, gözləri bağlı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva səsləndirib.

O bildirib ki, Ermənistan rəhbərliyi və onların Qarabağı könüllü tərk etmiş tör-töküntüləri nə müharibədən əvvəl, nə müharibə zamanı və nə də sonrakı dövrdə Azərbaycana qarşı ideologiyalarını dəyişməyiblər. “Təəssüf ki, bəziləri hələ də Ermənistanın baş naziri Nikol Paşinyana “demokrat”, “sülhpərvər” kimi baxırlar. Hətta bizim bəzi radikallar da “Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ona Qarabağ lazım deyil” kimi ifadələr işlədirlər. Unutmayaq ki, Paşinyan Azərbaycana qarşı ərazi iddiaları, hədə-qorxular səsləndirməkdə Qarabağın işğal olunmasında iştirak etmiş Serj Sarkisyan, Robert Köçəryandan heç də geri qalmır. Məhz Paşinyan idi ki, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqların üzərindən xətt çəkmişdi. Cıdır düzündə yallı gedən, Cəbrayıla yol çəkmək, Şuşada parlament binası tikmək istəyən də Paşinyan idi. Müharibədən az sonra Ermənistanın baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma müstəqilliyi münasibətilə təbriki də yaddan çıxmayıb. Yəni, Nikol Paşinyanın bu gün etdiyi çıxışla öncəki fəaliyyəti arasında dərin uçurum var. Ermənistanın baş nazirinin dedikləri və imzaladıqları tam ziddiyyət təşkil edir. Çünki ötən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz idi. 44 günlük müharibədən əvvəl “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə çıxış edən də Paşinyanın müdafiə naziri David Tonoyan idi. Onların avantürist çıxışları, hədə-qorxuları, düşünülməmiş addımları nəticəsində 2020-ci il sentyabrın 27-də müharibə başladı. Erməni baş nazir istəsəydi, kapitulyasiya aktını 10 noyabrda deyil, daha tez imzalaya bilərdi. Minlərlə erməni və azərbaycanlı hərbçinin ölümünə baiskar olan Paşinyanın əli hər iki xalqın qanına batdı”, - deyə deputat qeyd edib.

O diqqətə çatdırıb ki, hazırda Bakıda məhkumluq həyatı yaşayan erməni separatçıları “hərbi əsir” kimi qələmə vermək qanunun aliliyinə hörmətsiz yanaşmaqdır. “Azərbaycan müharibədən əvvəl və sonra erməni separatçılarına silahı yerə qoymağı və təslim olmağı təklif edib. Dövlət olaraq onları bağışlayacağımızı bəyan etmişdik. Amma onlar dövlətimizin çağırışlarına məhəl qoymadılar. Hazırda erməni separatçılar haqq etdikləri cəzalarını çəkirlər. Ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların onları “hərbi əsirlər” kimi təqdim etmələri yolverilməzdir. Azərbaycan ərazisində separatçılıq, qəsdən adam öldürmə, işgəncə, terrorçuluq və insanlıq əleyhinə digər cinayətlər törədən şəxslərin həbsi beynəlxalq konvensiyaların tələbidir. Otuz il Azərbaycan torpaqlarını işğal altında saxlayan, yüz minlərlə vətəndaşımızı öz yurd-yuvalarından didərgin salan separatçıların gözünü qan elə örtmüşdü ki, onlar Kür çayına qədər olan ərazilərə iddia edirdilər. Onlar Azərbaycan dövlətini və xalqını Mingəçevirdəki su anbarını partlatmaqla hədələyirdilər. Təbii ki, separatçıların hərbi cinayətlərini, insanlıq əleyhinə suçlarını heç zaman bağışlamaq olmaz. Azərbaycan dövləti qanunun aliliyinə, Ordunun gücünə arxalanaraq ölkədə separatizmin kökünü kəsdi, caniləri həbs edərək Bakıya gətirdi. Bununla da biz bütün dünyaya öz gücümüzü, qanunun aliliyinə sədaqətimizi, ədalətimizi nümayiş etdirdik”, - deyə M.Vəliyeva vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSLÜZİV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO