Paytaxt məktəblisi Yeniyetmələrin Avropa Birinciliyinə vəsiqə qazanıb
Bakı, 10 mart, AZƏRTAC
Paytaxt məktəblisi Latviyanın paytaxtı Riqa şəhərində keçirilən beynəlxalq yarışda parlaq uğura imza atıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Selcan Əbdürəhmanlı Latviyanın paytaxtı Riqa şəhərində üzgüçülük idman növü üzrə keçirilən “Tokio 2021” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda 400 və 800 metr sərbəst üsulda II yeri tutub və gümüş medala layiq görülüb.
On dörd yaşlı S.Əbdürəhmanlı 800 metr sərbəst üsulda idman ustası normativini yerinə yetirib. Bununla da o, iyulun 8-12-də Xorvatiyada keçiriləcək Yeniyetmələrin Avropa Birinciliyinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]