Paytaxtdakı Zorge abidəsinin yerləşdiyi parkda təmir işləri aparılıb
Bakı, 16 avqust, AZƏRTAC
Nəsimi rayonunda yerləşən Zorge abidəsinin yerləşdiyi parkda cari təmir və bərpa işləri aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, parkda istismar müddəti başa çatmış və yararsız vəziyyətdə olan tamet daşları, pilləkənlər cari təmir olunub, işıq dirəkləri və oturacaqlar rənglənib.
Zorge abidəsinin yerləşdiyi parkda 6 min müxtəlif növ mövsümü gül kolları əkilib, yararsız vəziyyətdə olan ot örtüyü dəyişdirilib, ağaclara aqrotexniki qulluq göstərilib.