PAYTAXTIMIZ “BAKU CUP 2007” TURNİRİ ƏRƏFƏSİNDƏDİR
Sentyabrın əvvəlində böyük tennis yenə də Bakıya qonaq gələcəkdir. “Gənclik” idman-tennis klubunun təzələnmiş kortlarında qadınlar arasında “Baku cup 2007” Beynəlxalq turnir keçiriləcəkdir.
Turnirin təşkilat komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Tennis Federasiyasının artıq ikinci il təşkil etdiyi turnir, artıq, ənənə halını alır. Yarışlarda peşəkar tennis arzusunda olan perspektivli 32 gənc idmançı iştirak edəcəkdir. Onlar özlərini sınamaq və beynəlxalq reytinq cədvəlindəki ballarını artırmaq məqsədi ilə böyük məmnuniyyətlə Bakıda yarışacaqlar. “Baku cup 2007” turnirində iştirak üçün Gürcüstan, Rusiya, Belarus, Hindistan, Niderland, Fransa, Estoniya, Böyük Britaniya, İsrail idmançıları sifariş vermişlər. Azərbaycanı Sevil Əliyeva, Səyyarə Məmmədova, Lalə və Səbinə Topçiyevalar, Könül Əlizadə təmsil edəcəklər.
Bu il də turnirin hakimi Sankt-Peterburqdan tanınmış mütəxəssis, beynəlxalq dərəcəli hakim Valeri Lutkov olacaqdır. Yarışları həm yerli, həm də xarici hakimlər idarə edəcəklər.
Sentyabrın 2-də başlanacaq turnirin qalibləri bir həftədən sonra məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]