Paytaxtın iki rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Bakı, 23 yanvar, AZƏRTAC
Xəzər rayonu ərazisində “Range Rover” və “Hyundai” markalı iki avtomobildən oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 29 yaşlı E. Rəhimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisindəki mağazadan və evdən oğurluqlar etdiyi də məlum olub.
Nəsimi rayonunda isə bir nəfərin bank kartını ələ keçirərək mağazalardan alış-veriş etməkdə şübhəli bilinən 23 yaşlı M.Əzimov, 30 yaşlı Ə.Nifdalıyev və 20 yaşlı Ö.Nifdalıyev saxlanılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]