Paytaxtın Nizami rayonunda zərgərlik mağazasından oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Q. Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsi 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub.
Araşdırmalar davam etdirilir.