SİYASƏT
Pekində 11-ci Syanşan Forumu keçirilir
Pekin, 13 sentyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində “Ortaq gələcək üçün sülhün təşviqi” devizi altında 11-ci Syanşan forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də forumun açılış mərasimi təşkil olunub. Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən foruma 100-dən çox ölkə və beynəlxalq təşkilatdan rəsmi və rəhbər şəxslər, analitik mərkəzlərin nümayəndələri, yüksək rütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər iştirak edirlər.
Azərbaycanı bu nüfuzlu tədbirdə müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbir
Pekin