PEKİNDƏ AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN 90 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Pekinin “Swissotel” mehmanxanasında Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibətilə ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyi və hərbi attaşe tərəfindən ziyafət təşkil edilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə Çin Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Çin-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, diplomatlar, bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri, jurnalistlər, azərbaycanlı tələbələr və iş adamları iştirak etmişlər.
Səfir Yaşar Əliyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizin Silahlı Qüvvələrinə böyük qayğı göstərildiyini diqqətə çatdırmış, dövlətimizin başçısının rəhbərliyi altında son illər respublikamızda hərbi quruculuq sahəsində bir çox nailiyyətlərin əldə olunduğunu vurğulamışdır.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələri barədə sənədli film nümayiş olunmuşdur.
Böyük Britaniyanın Azərbaycan mənşəli vətəndaşı Qafar Purazərin rəhbərlik etdiyi Çinin Milli Oprerasının teatr truppası tamaşa nümayiş etdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]