Penitensiar xidmət: Binanın zirzəmisindən 8 kiloqramdan çox qurudulmuş marixuana aşkar edilərək götürülüb
Bakı, 6 mart, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.
Bu barədə AZƏRTAC-a Penitensiar xidmətdən məlumat verilib. Faktla bağlı araşdırma aparılır.