PENSİYA VƏ MÜAVİNƏTLƏRİN MƏBLƏĞİ 74,2 MİLYON AZN ARTMIŞDIR
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, qeyri-büdcə təşkilatlarının məcburi sosial sığorta haqları üzrə proqnoza 102,8 faiz əməl olunmuşdur. Fondun illik xərcləri 496,94 milyon manat, 2004-cü illə müqayisədə 80,66 milyon manat artmışdır. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 474,22 milyon manat, əvvəlki ildəkindən 74,2 milyon manat artıq vəsait xərclənmişdir.