Pentaqon F-16-ların Ukraynaya çatdırılma tarixini açıqlayıb
Bakı, 24 yanvar, AZƏRTAC
Qərb 2024-cü ildə ilk F-16 qırıcı-bombardmançı təyyarələrini və onlara xidmət göstərmək üçün avadanlıqları Kiyevə çatdırmağı planlaşdırır.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander Kiyevə silah və hərbi texnikanın tədarükünü koordinasiya etmək üçün Qərb tərəfindən yaradılmış təmas qrupunun növbəti iclasının yekunlarına dair xüsusi brifinqdə bildirib.
“Biz Ukraynanın 2024-cü ildə F-16 proqramı üçün ilkin əməliyyat qabiliyyətini hədəfləyirik”, - deyə o, söyləyib.
Pentaqonun sözçüsü bildirib ki, proqram pilot hazırlığı, platforma hazırlığı, eləcə də texniki kadr hazırlığı, infrastruktur və ehtiyat hissələri, sursatları əhatə edir.
O qeyd edib ki, ukraynalı pilotlara F-16-ları idarə etmək üçün təlim proqramı plana uyğun gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]