İDMAN
Peşəkar Futbol Liqası və “Səbail” klubunun rəhbər heyəti arasında görüş olub
Bakı, 17 sentyabr, AZƏRTAC
Peşəkar Futbol Liqası (PFL) və “Səbail” klubunun rəhbər heyəti arasında görüş olub.
AZƏRTAC PFL-ə istinadla xəbər verir ki, “Səbail”in icraçı direktoru Fərəc Əliyev liqanın prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayevdən ibarət heyətə görüşə görə təşəkkür edib.
Klubun baş meneceri Zamiq Hüseynov, Müşahidə Şurasının üzvü İxtiyar Asyabi və baş məşqçi Mahmud Qurbanovun da iştirakı ilə müzakirələr aparılıb, Azərbaycan futbolunun hazırkı durumu, planları barədə danışılıb.
PFL prezidenti klubları narahat edən məqamlara mümkün qədər qısa zamanda son qoyulması üçün çalışdıqlarını, bütün iradlara, müzakirələrə açıq olduqlarını ifadə edib.
“Səbail” klubunun rəhbərliyi anlayışa, səmimi münasibətə görə E.Səmədova təşəkkürünü bildirib.