PFL hava şəraiti ilə əlaqədar I Divizionun bir neçə oyununu təxirə salıb
Bakı, 24 fevral, AZƏRTAC
Peşəkar Futbol Liqası (PFL) ölkə ərazisində hökm sürən qarlı hava şəraiti ilə əlaqədar yeni qərar qəbul edib.
AZƏRTAC PFL-in saytına istinadla xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və Azərbaycan I Divizionunun XIV turu çərçivəsində bu gün keçirilməli olan “Sabah-2” - “Keşlə-2”, “Neftçi-2” - “Sumqayıt-2” və “MOİK” - “Kəpəz” oyunları təxirə salınıb.
Görüşlərin vaxtı ilə bağlı PFL-in saytında əlavə məlumat veriləcək.
Əvəzində “Turan Tovuz” - “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi, saat 14:00-da başlanacaq. Halbuki ötən turda Tovuzda “Sumqayıt-2” ilə görüş güclü qar səbəbindən 51-ci dəqiqədə yarımçıq dayandırılıb. Matçı ertəsi gün də davam etdirmək mümkün olmadığından, oyun “Kəpəz” - “Qaradağ Lökbatan” qarşılaşması ilə birgə qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, XIV tura fevralın 23-də "Zaqatala" - "Qarabağ-2" görüşü ilə start verilib. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]