PFL prezidenti: Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq
Bakı, 24 iyul, AZƏRTAC
Mənə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının (PFL) üzvü olan bütün klublarımıza, bizə dəstəyini əsirgəməyən AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri növbəti 4 il müddətinə PFL prezidenti seçilən Elxan Səmədov qurumun rəsmi saytına açıqlamasında deyib.
“Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib. Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq. İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”,- deyə qurum rəsmisi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]