Pit Heqset: NATO ölkələri Haaqa sammitinədək hərbi xərclərini artıra bilərlər
Bakı, 5 iyun, AZƏRTAC
NATO ölkələri Haaqada keçiriləcək sammitədək müdafiə xərclərini ümumi daxili məhsullarının 5 faizinə qədər artırmaq öhdəliyi barədə razılığa gələ bilərlər.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset bunu alyansın müdafiə nazirlərinin Brüsseldə baş tutacaq görüşünə gedərkən deyib.
“Biz ABŞ Prezidenti Donald Trampın NATO-ya üzv ölkələrin ümumi daxili məhsullarının 5 faizini müdafiə sahəsinə xərcləmək öhdəliyi üzərində başlatdığı işi davam etdirmək üçün buradayıq. İnanırıq ki, bu məsələ ayın sonunda Haaqada keçiriləcək sammitədək razılaşdırıla bilər”, - deyə Pentaqon rəhbəri bildirib.
Qeyd edək ki, NATO-nun Haaqa sammiti iyunun 24-25-də keçiriləcək. Sammitdə alyans ölkələrindən Donald Trampın təklifinə uyğun olaraq hərbi xərcləri ÜDM-in 5 faizinə yüksəltmək tələb oluna bilər. Hazırda NATO ölkələri arasında müdafiə xərclərinin artırılması ilə bağlı konsensus mövcud deyil. Avropalı siyasətçilərin fikrincə, hərbi xərclər artırılacağı təqdirdə sosial öhdəliklər azaldılmalıdır və bu da daxili siyasi vəziyyətdə gərginlik və genişmiqyaslı iqtisadi böhran təhlükəsi yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]