Piyadalar əleyhinə minaların aşkar edilməsinin yeni metodu yaradılıb
Bakı, 4 aprel, AZƏRTAC
Avstraliya Dövlət Elmi və Tətbiqi Araşdırmalar Birliyinin (CSİRO) mütəxəssisləri piyadalar əleyhinə minaların aşkar edilməsinin yeni texnologiyasını yaradıblar.
AZƏRTAC CSİRO-nun mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni metodun əsasını maqnit-rezonans tanıma texnologiyası təşkil edir. Press-relizdə qeyd edilir ki, hazırda istifadə olunan metal detektorları təhlükəsiz əşyalara reaksiya verir, bu isə istehkamçıların işini ləngidir. Qurumun bəyanatında göstərilir ki, yeni metod bu çatışmazlığı aradan qaldırmağa imkan verəcək.
CSIRO “RFC Ambrian” investisiya-konsaltinq firması ilə birlikdə yeni şirkət yaradıb. Bu şirkət yeni texnologiyanın əl ilə işləyən detektorlar üçün uyğunlaşdırılması ilə məşğul olacaq. Şirkətin ilk müştərilərindən biri bütün dünyada minaların və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə ixtisaslaşan “HALO Trust” Britaniya-Amerika şirkəti olacaq. Gözlənildiyinə görə, yeni texnologiyanın köməyi ilə yaradılan detektorlar artıq 2024-cü ildə tətbiq edilməyə başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:00]
AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:47]
“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar
- 05.06.2026 [17:31]