“Pleyboy” jurnalının modeli Orlando aeroportunda saxlanılmışdır
Bakı, 12 avqust (AZƏRTAC). Kişilər üçün nəşr edilən “Pleyboy” jurnalının modeli Şona Meri Maklaflin ABŞ-ın Orlando aeroportunda Los-Ancelesə uçmaq üçün yoxlamadan keçərkən saxlanılmışdır. AZƏRTAC lenta.ru saytına istinadla bildirir ki, elektron baxışdan keçərkən modelin əl çantasında tapança aşkarlanmışdır. Yerli polisin hesabatında göstərilmişdir ki, 45 kalibrli “Kolt” tapançası güllə ilə dolu olmuşdur. Silah götürülmüş, 26 yaşlı model tutularaq türməyə aparılmışdır.
Model qızın dediyinə görə, tapança onun “boyfrendi”nə məxsusdur. Maklaflinin sözlərinə görə, silahın onun çantasına necə düşməsindən xəbəri yoxdur. Bununla belə, qadağan olunmuş yerdə silah gəzdirdiyinə görə ona qarşı iddia qaldırılmışdır. Eyni zamanda qeyd olunur ki, Maklaflinin silah saxlamağa heç icazəsi də yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [17:43]
Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib
- 13.05.2026 [17:18]
Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb
- 13.05.2026 [16:44]
Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb
- 13.05.2026 [16:23]
Trampın təyyarəsi Çinə eniş edib
- 13.05.2026 [16:19]
Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur
- 13.05.2026 [15:54]