Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Avropalı “siyasətçilər” sülh danışıqlarını manipulyasiya vasitəsi olaraq istifadə edirlər

Politoloq: Avropalı “siyasətçilər” sülh danışıqlarını manipulyasiya vasitəsi olaraq istifadə edirlər

Bakı, 24 oktyabr, AZƏRTAC

Avropa Parlamenti növbəti dəfə qərəzli bəyanatlar səsləndirməkdən çəkinməyərək açıq şəkildə anti-Azərbaycan mövqeyini ifadə edib. Hər zaman olduğu kimi bu dəfə də ənənəvi “insan hüquqları” mövzusu üzərindən təzyiq göstərməyə çalışan bu korrupsiyalaşmış qurum nədənsə hadisələri manipulyasiya edərək Azərbaycana təsir göstərmək və daxili işlərinə qarışmaq cəhdlərini davam etdirə biləcəyinə inanır. Ümumiyyətlə, Avropa Parlamentində keçirilən müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin əsassız bəyanatları və qərəzli anti-Azərbaycan mövqeyi qəbuledilməzdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

“Avropa Parlamentinin ənənəvi ritorikasına çevrilən bu əsassız bəyanatlar reallığı əks etdirməməklə yanaşı, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinə zərbə vurur. Onu da nəzərə almaq lazımdır ki, COP29 ərəfəsində Azərbaycana qarşı təşkil olunmuş qərəzli kampaniyanın tərkib hissəsi olan belə bəyanatların əsas məqsədi dövlətimizin beynəlxalq nüfuzunun hədəf alınması yolu ilə sülh danışıqlarında “güzəştli şərtlər” qazanmaqdır. Xüsusilə kollektiv Qərbin bir çox siyasi mərkəzlərinin bu kampaniyada ifrat dərəcədə fəallıq nümayiş etdirdiyini müşahidə etmək mümkündür. Mütəmadi olaraq “sülh çağırışları” edilir, natamam sülh müqaviləsinin imzalanması üçün manipulyativ bəyanatlar verilir və əslində uzun illər arxa pərdədə aparılmış anti-Azərbaycan təbliğatının uğursuzluğundan yaranmış aqressiya ifadə olunur. Diqqət ediriksə, hər fürsətdə əsassız çıxışlarını COP29 ilə əlaqələndirməyə çalışan bir şəbəkə fəaliyyət göstərir. Sanki bu mötəbər tədbir onların illərdir gözlədiyi bir fürsətə çevrilib və bütün mümkün olan və olmayan vasitələrdən istifadə edərək Azərbaycana nələrsə diktə etməyə çalışırlar. Bu, onların adət etdiyi ritorikadır, amma unutduqları əsas məqam odur ki, Azərbaycan heç kimin müstəmləkəsi deyil. Biz suverenliyimizə qarşı olan heç bir addımı güzəştə getmərik və heç kim bizimlə diktə dili ilə danışa bilməz”, - deyə A.Qurbanova əlavə edib.

Onun sözlərinə görə, insan hüquq və azadlıqlarından danışan Avropa Parlamentinin nümayəndələri bu universal dəyərləri müdafiə etdiklərini iddia edərkən niyə Avropanın tam mərkəzində baş verənləri gözardı edirlər: “İspaniyada, xüsusilə son illərdə yəhudilərin neonasizmin tərəfdarları tərəfindən təqibə məruz qalması faktı Madrid polisinə olan müraciətlər əsasında asanlıqla təsbit edilə bilər və ya 2021-ci ildə Konqo əsilli qaradərili xanımın təşəbbüsü və “Black lives matter” şüarı ilə Avropanın siyasi paytaxtı olaraq bilinən Brüssel şəhərində keçirdiyi irqçilik əleyhinə dinc aksiyanın polis zorakılığı ilə bitməsi faktı hər kəsə məlumdur. Bunlar yüzlərlə belə hadisələrdən, sadəcə, ikisidir. Həmçinin Fransanın dənizaşırı torpaqlarında, daha konkret ifadə etsək Yeni Kaledoniyada, fransız Qvineyasında və digər bölgələrdə həyata keçirtdiyi qeyri-insani addımlar niyə görülmür? Ruanda soyqırımını həyata keçirmiş Fransa və Belçika bu gün Avropanın mərkəzində sözdə insan hüquqlarından danışmaq üçün mənəvi haqqını çoxdan itirib. Nümunələr çoxdur, ancaq qərəzin və ikili standartların hökm sürdüyü qlobal sistem daxilində haqlar və hüquqlar hələ də maraqlara qurban verilməyə davam edir”.

Politoloq əlavə edib: “Digər tərəfdən avropalı “siyasətçilər” Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqlarını da öz məkrli niyyətləri üçün manipulyasiya vasitəsi olaraq istifadə edirlər. Sülh göyərçini obrazını o qədər mükəmməl şəkildə imitasiya etməyi bacarırlar ki, özlərinin yazdıqları ssenarilərlə reallığı qarışdırmağa başlayıblar. Bu günə qədər Azərbaycan ərazilərinin işğal olunması faktı ilə bağlı açıq bəyanatlar verməkdən çəkinən bu riyakar “siyasətçilər” hesab edirlər ki, işğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirməklə “ədaləti” bərpa etmək üçün səy göstərirlər. Halbuki, Qarabağı müharibəsiz işğaldan azad etmək fürsəti otuz ilə yaxın davam edən danışıqlar dövründə onlara verilmişdi. Bu şansı işğalı legitimləşdirmək üçün istifadə edib, indi sülhdən danışmaq səmimiyyətin hansı səviyyəsi olaraq dəyərləndirilə bilər?”.

Azərbaycanın müstəqil xarici siyasət gündəliyinə, qətiyyətli mövqeyə və tarixi dövlətçilik ənənələrinə sahib güclü dövlət olduğunu diqqətə çatdıran politoloq deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün işlər və atılan bütün addımlar, ilk növbədə, milli maraqlarımızın təmin olunmasını və ərazi bütövlüyümüzün qorunmasını hədəfləyir. Eləcə də Ermənistan ilə sülh müqaviləsinin imzalanması bu prinsipial mövqeyimizin əks olunduğu bütün bəndlərin qeyd-şərtsiz qəbul ediləcəyi zaman mümkün olacaq. Kimin hansı mövqeyi ifadə etməsindən asılı olmayaraq, Azərbaycanın hədəfləri kifayət qədər açıq və konkret şəkildə bəyan edilib və dəyişməz olaraq qalır. Sürətləndirilmiş və natamam sülh müqaviləsinin imzalanmasına çalışan bütün tərəflərin yeganə hədəfi Ermənistanın “humanist və sülhpərvər” obrazını yaratmaqdır. Bu da onlara imkan verəcək ki, işğalçı Ermənistanı hərbiləşdirmək və Azərbaycanı ittiham etmək üçün özlərinə “əsas” yaratsınlar. Amma o əsasların heç birinin təsir gücünün olmayacağını da çox gözəl bilirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO