Azərbaycan Dövlət İnformasiya Agentliyi

Politoloq: Ermənistanın sülhün pozulması ilə nəticələnəcək cəhdləri cavabsız qalmayacaq

Politoloq: Ermənistanın sülhün pozulması ilə nəticələnəcək cəhdləri cavabsız qalmayacaq

Bakı, 21 avqust, AZƏRTAC

BMT Təhlükəsizlik Şurasındakı (TŞ) uğursuzluğundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan növbəti şounu göstərib. O, Zəngəzur vilayətində yerləşən Qafan rayonuna səfər edərək, hava limanın istifadəyə veriləcəyini bildirib. Ziqzaqvari siyasət “ustası” olan N.Paşinyanın bunu BMT-dəki fiaskosundan sonra erməni cəmiyyətində artan antihökumət çağırışlarını azaltmaq məqsədilə etdiyi aydındır. Baş nazir yenə də populist addımlarla ona qarşı olan narazılığı azaltmağa çalışır.

Qafan Hava Limanı Azərbaycan sərhədinin yaxınlığında yerləşir. İki ölkə arasında sərhədlər müəyyən olunmadan və sülh razılaşması təmin edilmədən belə bir addımın atılması Ermənistanın fikri yayındırma cəhdidir. Azərbaycan mövqelərindən hava limanının daxili ərazisi heç bir texniki vasitə olmadan, gözlə aydın-açıq şəkildə görünür. Həmçinin hava limanı Azərbaycan sərhədinə o qədər yaxındır ki, oradan istifadə zamanı qalxan və enən təyyarələrin sərhədi pozması istisna deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Qafan Hava Limanının 1991-ci ilə qədər fəaliyyət göstərdiyini bildirən politoloq deyib: “Sovet dövründə bütün respublikalar vahid məkanın tərkib hissəsi olduğu üçün faktiki olaraq sərhədlər yox idi. Azərbaycan da 2020-ci ildə torpaqları işğaldan azad etdikdən sonra həmin ərazilərdə bir neçə hava limanı tikəcəyini bildirdi. Bu zamana qədər Füzuli və Zəngilanda yeni Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın rayonunda yerləşən aeroportun inşası isə davam edir. Azərbaycan bu istiqamətdə işləri görən zaman bölgənin iqlim şəraitini, ərazinin relyefini və coğrafi mövqeyini, o cümlədən bu sahədə olan beynəlxalq təcrübəni və Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo) şərtlərini nəzərə alıb. Yəni, Azərbaycanın bütün bunlara əməl etməsi ilə işğaldan azad olunmuş ərazilərində qurulmuş hava limanlarının fəaliyyəti zamanı Ermənistanın sərhədlərinin pozulması riski aradan qaldırılıb. Amma Qafan Hava Limanının istifadəyə verilməsi Ermənistanın da imzaladığı Konvensiyanın şərtlərini pozur. Həmin Konvensiyanın şərtlərinə görə dövlətlərin öz hava məkanı üzərində tam və müstəqil suverenliyi var və bu hüquq pozulmamalıdır. Eyni zamanda, beynəlxalq hava hüququnun əsas prinsiplərindən biri də mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsidir. Qafan Hava Limanının fəaliyyətə başlaması ilə həm Azərbaycanın dövlət sərhədlərinin pozulması, həm də mülki aviasiya vasitələri üçün təhlükə mövcud olacaq”.

Politoloq əlavə edib ki, Qafan Hava Limanının istifadəsi yeni təxribatların baş verməsi ilə nəticələnə bilər. Ona görə də Ermənistan beynəlxalq hüquqa uyğun olmayan bu fəaliyyətini Azərbaycanla razlaşdırmalıdır. Beynəlxalq təcrübədə dövlətlərin sərhəd ərazilərində yerləşən hava limanlarının birgə istifadə edilməsi ilə bağlı geniş təcrübə var. Fransa-İsveçrə-Almaniya, Böyük Britaniya-İspaniya-Cəbəllütariq, ABŞ-Meksika və ABŞ-Kanada kimi dövlətlər ümumi hava limanlarına malikdirlər.

Azərbaycanla sülh sazişinin imzalanmaması və bölgədə münaqişənin davam etməsini istəyən qüvvələrin dəstəyi ilə yeni revanşın planlaşdırılması onu deməyə əsas verir ki, Qafan aeroportundan Ermənistanın hərbi məqsədlərlə istifadə edəcəyi qənaəti formalaşsın. Əlbəttə, Ermənistanın birtərəfli hərəkətləri və yeni təxribatlar yaratmaqla regionda sülhün pozulması ilə nəticələnəcək cəhdləri Azərbaycan tərəfindən cavabsız qalmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb

“Volkswagen” 50 min iş yerini ixtisar etməyə hazırlaşır, 4 zavodun taleyi sual altındadır

“NY Post”: Oman İranın Hörmüz boğazı ilə bağlı ödəniş təklifini rədd edib

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

İordaniya XİN: ABŞ hərbçilərinin ölkədəki mövcudluğu müdafiə əməkdaşlığı sazişi ilə tənzimlənir

Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Suriyada kimyəvi silah proqramının komponentlərinin məhv edilməsinə başlanılıb

Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib

Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib

Vens: İran kommersiya gəmilərinə atəş açmağı dayandırmasa, onlarla danışmayacağıq

Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır

Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır

Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır - ŞƏRH

ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb

BTA-nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse-prezidentliyə namizəd olub

“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

“Zirə” braziliyalı futbolçu ilə müqavilə imzalayıb

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Dövlət Departamenti: İsrailin livanlı məhbusları azad etməsi ABŞ-nin vasitəçiliyinin nəticəsidir

Bu saata olan əsas xəbərlər  

Azərbaycan Ankarada beynəlxalq moda sərgisində təmsil olunur

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

Naxçıvanda toxum tədarükünə başlanılıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur

YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

Elçin Şamilli: Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasına nümunədir

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

Vüsal Murtuzəliyev: “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox emosional rol idi

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur

ŞƏT sammiti Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən xarici siyasətinin növbəti təzahürüdür - RƏY

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

“Zirə” afrikalı futbolçu transfer edib

Ekspert: Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

Rafiq Əzimov: Yaşar Nuri Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

Ofeliya Novruzqızı: Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm

Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Aymen Cəmil: Pakistanın ŞƏT-ə sədrliyi təşkilatın bütün üzvləri və tərəfdaşları üçün geniş imkanlar açacaq

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər - Ölkə nümunələri üzrə təqdimatlar olub

Yaşar Nurinin məzarı ziyarət olunub

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

Ağcabədidə pendir istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Auditorlar Palatasının jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsinin qalibləri açıqlanıb

“Güclü ümid - Sağlam gələcək” - Qan xərçəngi olan şəxslərə necə dəstək göstərilməlidir?

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

AFFA Premyer Liqanın 4 klubunu cərimələyib

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Bankların sistem əhəmiyyətliliyinin qiymətləndirilməsi və kapital adekvatlığı qaydaları dəyişib

Şamaxıda vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilib

Hazırkı dövr əmlak bazarında alıcılar üçün kifayət qədər əlverişlidir - AÇIQLAMA

Professor: ŞƏT-in potensialı Avrasiyanın mərkəzi ilə Asiyanın periferiyasını birləşdirməkdən ibarətdir

Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək

Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb

Tramp Folklend məsələsində Britaniyaya dəstək verməyəcəyinə işarə edib

İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb

Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır

® Peşəkar, təcrübəli və məsuliyyətli həkim

“Neftçi”nin sabiq futbolçusu Kipr klubuna keçib

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır  ŞƏRH  VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır ŞƏRH VİDEO

Nəsillər: X-dən Alfaya-dək

Almaniya iqtisadiyyatında canlanma ümidləri artır

Valideyn-dövlət-özəl əməkdaşlığı çərçivəsində 124 özəl bağça müsabiqənin qalibi olub

Səfir: Azərbaycanla ticarət həcminin artırılması Pakistanın əsas prioritetlərindəndir

Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur? VİDEO

Dövlət investisiyalarının iqtisadi artıma təsiri daha çox hansı sahələrdə hiss olunur? VİDEO

Tibb işçilərinin əməkhaqlarının artırılması əhalinin sağlamlığının təmin olunmasına qoyulan mühüm sərmayədir – ŞƏRH

® Mərkəzi Gömrük Hospitalı Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir

Məktəb direktoru: Uşaqları keçmişin peşələrinə deyil, gələcəyin imkanlarına hazırlamalıyıq

BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var VİDEO

BMT-nin nümayəndəsi: Mina təhlükəsinin aradan qaldırılması üçün peşəkar kadrlara da ehtiyac var VİDEO

Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik VİDEO

Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik VİDEO

Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir

Türk nümayəndə: Humanitar minatəmizləmənin gələcəyi insanın maşınla əvəz olunmasında deyil VİDEO

Türk nümayəndə: Humanitar minatəmizləmənin gələcəyi insanın maşınla əvəz olunmasında deyil VİDEO

Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb

Qusarın Laza kəndində yenidən palçıq və lil axını müşahidə olunub