Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polkovnik Şair Ramaldanov: Bu gün Azərbaycan ən müasir silahları ala bilmək iqtidarındadır

Polkovnik Şair Ramaldanov: Bu gün Azərbaycan ən müasir silahları ala bilmək iqtidarındadır

Bakı, 3 dekabr, AZƏRTAC

MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin “Lazarev klubu”nun ilk iclasındakı çıxışında səsləndirdikləri nə hərbi mütəxəssisə, nə də siyasətçiyə layiq rəy deyil. Onun məsələləri düzgün təhlil etmək üçün kifayət qədər hərbi savadı da yoxdur. Görünür, o, hər hansı bir sifarişi yerinə yetirir. Bu, onun sırf ermənipərəst mövqedə olduğunu göstərir.

Bunu yeni yaradılmış “Lazarev klubu”nun Rusiya və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə İrəvanda keçirilən ilk iclasında MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışı zamanı səsləndirdiyi fikirləri AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Ş.Ramaldanov deyib ki, bütün bunlar diqqəti Ermənistandakı hazırkı durumdan, bu ölkənin daxili problemlərindən yayındırmağa hesablanıb. Çünki Ermənistanın indiki rəhbərliyi sırf Rusiya yox, qərbyönümlü siyasət yürütməyə meyillidir. Rusiya ilə Ermənistan arasında müəyyən soyuqluq yaranıb. Artıq Ermənistanda hər hansı bir rəhbərin fikirləri cəmiyyətdə ciddi qəbul olunmur. Yalan vədlər çoxdur. Ona görə Vladimir Yevseyev vəziyyəti müəyyən dərəcədə sabitləşdirmək və Rusiyanın maraqlarını Ermənistanda göstərmək üçün bu addımı atıb. Bu addımın təşkilatçıları da, iştirakçıları da Rusiyada yaşayan ermənilər və ermənipərəst şəxslərdir. Ona görə də Vladimir Yevseyevin səsləndirdiyi fikirlər, ilk növbədə, daxili auditoriyaya hesablanıb. Məqsəd Ermənistanın qərbə və ABŞ-a yönəlmiş istiqamətini müəyyən dərəcədə dəyişdirməkdir.

“Deyə bilərəm ki, Ermənistan Rusiya olmadan heç nə edə bilməz. Ermənistan heç vaxt müstəqil olmayıb. Bu ölkənin nə müstəqil siyasəti olub, nə də rəhbərləri öz fikirlərində heç vaxtı müstəqil olmayıblar. Onlar ancaq sifariş yerinə yetirirlər və ona görə də acınacaqlı vəziyyətdədirlər. Vladimir Yevseyev “İsgəndər” raketləri və onların imkanları barədə rəy söyləyəcək qədər peşəkar hərbçi deyil. Bir-iki ədəd “İsgəndər” əməliyyat-taktiki raket kompleksinə sahib olan Ermənistan silahlı qüvvələrini bu gün Azərbaycan Ordusu ilə müqayisə etməyin özü savadsızlıqdır. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasındadır. Bu, ən nüfuzlu statistik qurumların verdiyi qiymətdir və Ermənistanın “İsgəndər” raketlərini əldə etməsindən sonra açıqlanıb. Ermənistan isə bu göstərici üzrə sonuncu yerlərdədir. Vladimir Yevseyev bilməlidir ki, Silahlı Qüvvələrin gücü və qüdrəti “İsgəndər”lərlə ölçülmür. Digər tərəfdən, “İsgəndər”lərin Ermənistana məxsus olub-olmaması da sual altındadır. Biz onları ancaq paradda gördük və heç bir təlimdə bu raketləri görə bilmədik”, - deyə ehtiyatda olan polkovnik bildirib.

Ş.Ramaldanov qeyd edib ki, bu gün Azərbaycanın Belarusdan aldığı “Polonez” sistemləri “İsgəndər” raketlərindən nəinki geri qalmır, hətta bəzi parametrlərdə onları böyük fərqlə üstələyir. Ona görə mövcud pariteti bu formada qiymətləndirməyin özü də savadsızlıqdır. “Polonez”lər yeni tipli silahdır. Raket paritetini nəzərə alsaq və Azərbaycanın bu tipli silahlarını Ermənistandakılarla müqayisə etsək, deyə bilərik ki, ölkəmiz düşməndən ən azı 8-9 dəfə üstündür.

“Biz “İsgəndər”lərə qarşı ən müasir hava hücumundan müdafiə sistemləri almışıq. Bu sistemlər artıq Azərbaycandadır. Əgər Ermənistanın “İsgəndər”ləri varsa, Azərbaycanın da “Polonez”ləri və hava hücumundan müasir müdafiə sistemləri var. Bu, düşmənin Azərbaycanın hava məkanına zərbə endirmək imkanlarını sıfıra endirir. Azərbaycanın iqtisadi potensialı, hərbi büdcəsi bu gün ən müasir silahları ala bilməyimizə imkan verir.

Ermənistan isə silahlanmanı ancaq kredit yolu ilə həyata keçirməyə ümid edir. Ermənistan müdafiə nazirinin dediyinə görə, bu ölkə may ayından bəri silah ala bilmir. Çünki ölkədə ciddi maliyyə problemləri mövcuddur. Bu silahların kredit yolu ilə alınması üçün hələ də danışıqlar aparılır və bunun necə nəticələnəcəyini zaman göstərəcək. Əgər bu gün Ermənistanın birinci şəxsi əsgərlərinin alt paltarlarının olmamasından narahatdırsa, bu, düşmən ordusunun durumunun acınacaqlı olduğunu göstərir. Belə vəziyyətdə olan bir ordu nə bu gün, nə də gələcəkdə öz arsenalını Azərbaycan kimi yeni və müasir silahlarla təchiz edə bilməz”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO