Polşa Aİ-nin Ukraynaya hərbi dəstəyinin önündə gedir
Varşava, 27 dekabr, AZƏRTAC
Polşa Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi dəstəyinin önündə gedir.
AZƏRTAC xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Polşanın PAP agentliyinə müsahibəsində Polşanın səylərini təqdir edib.
O bildirib ki, Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin müdafiəsində Aİ bu ölkəyə azı 9 milyard avro dəyərində hərbi dəstək verib, Polşa Aİ-nin Ukraynaya hərbi dəstəyinin ön sıralarında yer alır və aparıcı təchizatçı kimi çıxış edir.
J.Borrel, həmçinin Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasının (EUMAM) fəaliyyətinə də toxunub və oktyabr ayında Polşanın cənub-qərbində yerləşən Bjeq şəhərində Ukrayna qoşunları üçün təlim mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Ali nümayəndənin sözlərinə görə, Polşanın dəstəyi olmadan EUMAM missiyasının aktivləşdirilməsi mümkün olmazdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [14:05]
Pit Heqset: Bir neçə Avropa ölkəsi Pentaqonun yoxlamasından keçməyəcək
- 18.06.2026 [13:53]
Macarıstanda 20 Avqust atəşfəşanlıq proqramında dəyişiklik edilir
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]