Polşa müharibə ssenarisinə hazırlaşır: ölkədə təhlükəsizlik səfərbərliyi güclənir
Budapeşt, 16 dekabr, AZƏRTAC
Polşa son onilliklərdə görünməmiş miqyasda mümkün müharibə ssenarisinə hazırlaşır.
AZƏRTAC Macarıstanın index.hu portalına istinadən xəbər verir ki, Ukraynadakı müharibə və Rusiyanın hibrid fəaliyyətləri ölkənin təhlükəsizlik siyasətini köklü şəkildə dəyişib. Hakimiyyət orqanları və cəmiyyət arasında silahlı münaqişə riskinin artdığına dair ümumi bir hiss formalaşıb.
Ölkədə səngərlər qazılır, köhnə bunkerlər yenilənir, eyni zamanda minlərlə mülki şəxs mülki müdafiə və sağ qalma təlimlərinə cəlb olunur. Məqsəd böhran vəziyyətlərində əhalinin hazırlıq səviyyəsini artırmaqdır. Təlimlərdə məktəblilərdən tutmuş yaşlılara qədər müxtəlif yaş qrupları iştirak edir.
Hökumət müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıraraq ÜDM-in təxminən 5 faizinə yaxınlaşdırmağı planlaşdırır. Yeni tikilən binalar sığınacaqlarla təchiz edilməlidir, sərhədlər boyunca isə müdafiə istehkamları qurulur. Rəsmilər hesab edir ki, müasir müharibə klassik döyüşlərdən fərqli olacaq və texnoloji hazırlıq həlledici rol oynayacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]