Polşa nüvə silahına sahib olmaq istəyir
Bakı, 18 aprel, AZƏRTAC
“Polşa Fransanın “nüvə çətiri” vasitəsilə potensial Rusiya təhlükəsindən müdafiə olunmalı və ABŞ-ın nüvə silahlarına çıxış yolu axtarmalıdır”.
AZƏRTAC xəbər verir ki, Polşa Prezidenti Anjey Duda bunu “Bloomberg” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu yollar ziddiyyətli deyil və Varşava onlardan hər ikisini qəbul edə bilər. Dövlət başçısı, həmçinin qeyd edib ki, NATO-nun rolu Rusiyanın “aqressiv davranışına” qarşı durmaqdır.
Qeyd edək ki, “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə” imzalayan ölkələrdən biri olan Polşa belə silahları əldə etməmək barədə üzərinə öhdəlik götürüb.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin NATO-nun İttifaq dövlətinə (Rusiya və Belarus) hücumu zamanı ilk olaraq Polşa və Baltikyanı ölkələrin zərər çəkəcəyi ilə bağlı sözlərinə cavab verən Polşa Prezidenti Anjey Duda NATO-nun heç vaxt heç kimə hücum etmədiyini və yalnız müdafiə alyansı olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]