Polşa “Patriot” raketlərinin tədarükündə gecikmələrin olacağını istisna etməyib
Bakı, 22 aprel, AZƏRTAC
ABŞ-İsrail və İran toqquşması zamanı ehtiyatların tükənməsi səbəbindən “Patriot” raketlərinin Varşava da daxil olmaqla xarici müştərilərə çatdırılmasında gecikmələr yarana bilər.
AZƏRTAC xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə “Radio Zet” radiostansiyasına müsahibəsində deyib.
“Bu cür gecikmələr mümkündür. Biz Vaşinqtonla əlaqə saxlayırıq. Təəssüf ki, həm ABŞ, həm də Avropa sənayesində istehsal gücünün bərpası aylar deyil, illər çəkir”, - deyə nazir bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə ikihəftəlik qarşılıqlı atəşkəs rejiminə nail olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]