RƏSMİ XRONİKA
POLŞA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEX KAÇİNSKİYƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Polşa münasibətləri dinamik inkişaf yolundadır. Genişlənən siyasi dialoqumuz, bir çox sahələri əhatə edən səmərəli əməkdaşlığımız xüsusən enerji təhlükəsizliyi məsələlərində intensiv qarşılıqlı işimizlə yeni məzmun kəsb etməkdədir.
Ümidvaram ki, ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi istiqamətində birgə səylərimiz həm də beynəlxalq strukturlar və regional layihələr çərçivəsində tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 noyabr 2008-ci il.