POLŞA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ALEKSANDR KVASNEVSKİYƏ
Polşa Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan ilə Polşa arasında tarixi ənənələrə malik dostluq və əməkdaşlıq əlaqələri bu gün inkişaf etməkdədir. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq, dövlətlərarası münasibərtlərimiz bundan sonra da bütün səviyyələrdə müvəffəqiyyətlə davam edəcək və dərinləşəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, qarşıdakı işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 1 noyabr 2005-ci il.