Polşa teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Nano” tamaşasını nümayiş etdirmişdir
Bakı, 18 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 18-də Polşanın Lyublin şəhərinin Müasir Rəqs Teatrı Bakıya gəlmişdir.
AZƏRTAC xəbər verir ki, Polşanın Bakıdakı səfirliyinin təşəbbüsü ilə bu Müasir Rəqs Teatrının yaradıcı kollektivi mayın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Nano” tamaşasını nümayiş etdirmişdir.
Kişiləri və qadınları düşündürən məsələlərdən bəhs edən tamaşada aktyorlar obrazları rəqsin və jestlərin dili ilə canlandırmışlar.
Tamaşanın xoreoqrafı Rişard Kalinovski, rolların ifaçıları Beata Mısyak, Rışard Kalinovski, musiqisi Pyotr Kurek, Karolina Retsin, Marçin Kovalçukundir.
Polşanın Bakıdakı səfirliyinin əməkdaşlarının, azərbaycanlı və polşalı tamaşaçıların izlədiyi bu səhnə əsəri maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]