Polşada aşağı büdcəli təyyarələr üçün aeroport tikilir
Varşava, 29 mart, AZƏRTAC
Polşanın Suvalki qəsəbəsində aşağı büdcəli uçuşlar üçün nəzərdə tutulmuş aeroport inşa olunur.
AZƏRTAC xəbər verir ki, 27 milyon zlotı dəyərində olacaq aeroportun tikintisi üçün vəsaitin 10 milyonu Forte zavodu, 6 milyonu Belostok, 11 milyonu isə Suvalki bələdiyyələri tərəfindən ayrılacaq. Yeni aeroportun regionun turizm və ticarət potensialına ciddi töhfə verəcəyi ehtimal olunur.
Aeroporta, həmçinin vertolyotlar, plannerlər, çarter reysləri ilə uçacaq təyyarələr də enəcək. Artıq tikinti işlərinin ilkin mərhələsi başa çatıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]