Polşalı qapıçı “Qarabağ”da
Bakı, 15 avqust, AZƏRTAC
“Qarabağ” komandası növbəti transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.
Ağdam təmsilçisi ilə 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.
Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya Varşava”da forma geyinib.
Qeyd edək ki, qolkiper bu ilin iyununda Polşanın əsas millisinin Avro-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]