Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pomidor güvəsi və onunla mübarizə üsulları

Pomidor güvəsi və onunla mübarizə üsulları

Bakı, 13 may, AZƏRTAC

Respublikamızın ərazisində örtülü sahədə tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur. Hazırda respublikamızda çox sayda istixana fəaliyyət göstərir. Becərilən məhsullara düzgün qulluq edilməyəndə, onları zərərli orqanizmlərdən qorumayanda məhsulun əmtəəlik keyfiyyəti aşağı düşür, məhsuldarlıq zəif olur və görünüşünü itirir. Zərərli orqanizmlərlə sirayətlənmiş məhsulların ixrac potensialı da azalır. Dünyanın əksər ölkələrində pomidor istixanalarında əsasən pomidor minalayıcı güvəsinə rast gəlinir.

Buna görə də, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlara istixanalarda pomidor minalayıcı güvəsinə rast gəldikdə diqqətlə yanaşıb, müvafiq mübarizə tədbirləri aparmalarını tövsiyə edir.

AZƏRTAC AQTA-nın sözügedən zərərli orqanizmin hər inkişaf fazasına uyğun əlamətləri və mübarizə tədbirlərini təqdim edir.

Pomidor güvəsi (Tuta absoluta)

Quruluşu və həyatı:

Yetkin fərdlər. Pomidor minalayıcı güvəsinin yetkin fərdləri uzun, nazik olub, üst qanadları gümüşü-boz və ya qəhvəyi rəngə çalır. Bədəninin uzunluğu 6 millimetr, qanad genişliyi isə 10 millimetrdir. Ön qanadları dar, gümüşü boz (və ya açıq qəhvəyi) üzərində müxtəlif ölçülü xarakterik nöqtəşəkilli ləkələr var. Bığcıqları sapşəkillidir.

Yumurtalarının uzunluğu 0.4 millimetr, eni 0.2 millimetr olub silindirşəkilli, qəhvəyi-sarı rəngdədir.

Sürfələr dörd yaş mərhələsi keçirir. Yumurtadan təzə çıxmış sürfələr krem rəngində olub baş hissəsi tünddür. İkinci yaş mərhələsindən dördüncü yaş mərhələsinə kimi rəngi yaşıldan açıq çəhrayıya qədər dəyişir. Birinci yaş mərhələsində olan sürfələrin uzunluğu 0,9 millimetr, dördüncü yaş mərhələsində olanlarınkı isə 7,5-8 millimetr təşkil edir. Sürfələrin üst tərəfində olan tünd rəngli ayırıcı lent pomidor minalayıcı güvəsinin sürfəsinin təyinedici əlamətlərindən biridir. Sürfələrin inkişaf müddəti xarici mühit amillərindən asılı olaraq 13-15 gün çəkir.

Pup. Zərərvericinin pupu ilk vaxtlar yaşılımtıl olsa da, sonradan qəhvəyi rəng alır. Uzunluğu 6 millimetrə bərabərdir. Pup müddəti 9-11 gündür.

Pomidor minalayıcı güvəsinin əsas qida bitkisi pomidor bitkisidir, lakin zərərverici kartof, badımcan, bibər və sair bitkilərə də ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpaq, zoğ və gövdəyə girərək qidalanmağa başlayır. Sürfə pomidorun yarpaqlarında iki epidermis arasına daxil olub lağımlar açaraq qidalanır.

Mübarizə tədbirləri

Aqrotexniki mübarizə

1. İlkin olaraq karantin tədbirləri tətbiq edilərək istixanaya pomidor minalayıcı güvəsinin daxil olmasının qarşısı alınmalıdır.

2. Zərərverici ilə sirayətlənmiş şitillər əkilməməlidir.

3. Sirayətlənmiş bitki hissələri vaxtaşırı yığılmalı, sahədən çıxarılmalı və xüsusi ayrılmış yerlərdə utilizasiya edilməlidir.

4. Pomidor sahəsinə yaxın ərazilərdə və ya sahə daxilində alaq otları mütəmadi təmizlənməlidir (xüsusilə Badımcançiçəklilər (Solanaceae) fəsiləsinə aid olan).

5. Məhsul yığımından sonra sahə bitki qalıqlarından təmizlənməli və dərin şumlama aparılmalıdır.

6. Bitkilərə normadan artıq su və azotlu gübrə verilməməlidir.

7. Növbəli əkin prinsipinə əməl edilməlidir.

8. İstixanaların qapısı iki qatlı olmalı, giriş və havalandırma sistemi tor ilə örtülməlidir.

Biotexniki mübarizə

Zərərvericinin aşkar edildiyi ilkin ocaqlarda müxtəlif tipli tələlərdən (feromon+su tələləri və ya işıq+feromon+su tələlərindən, delta tipli feromon tələlər, yapışqanlı lentlər (tünd rəngli)) istifadə edilir. Tələlər monitorinq məqsədilə 1-2 tələ/ha, mübarizə məqsədilə isə zərərvericinin sayından asılı olaraq 20-40 tələ/ha tətbiq edilir. Tələlər yerdən 20-30 santimetr yüksəklikdə bərabər aralıqlarla yerləşdirilir.

Bioloji mübarizə

Bioloji mübarizə məqsədilə zərərvericinin təbiətdə sayını tənzimləyən həşəratlardan (entomofaqlardan) istifadə edilir. Belə həşəratlardan “Nesidiocoris tenuis” və “Nobis pseudoferus” yırtıcıları pomidor minalayıcı güvəsinin sürfə və yumurtaları ilə həvəslə qidalanır. İstixanada bioloji mübarizə məqsədilə yumurta parazitoiti “Trichogramma evanescens” və yırtıcılardan “Nesidiocoris tenuis” növünün birlikdə tətbiqinin səmərəliliyi yüksəkdir.

Kimyəvi mübarizə

Zərərvericidə tətbiq edilən kimyəvi preparatlara qarşı qısa müddətdə yüksək dərəcədə davamlılığın yaranması xüsusiyyəti var. Bu səbəbdən də eyni tərkibli preparatların tətbiqi qısa müddətdə davamlılığın yaranmasına və aparılan mübarizənin səmərəliliyinin kəskin azalmasına səbəb olur.

Digər tərəfdən yumurtadan çıxdıqdan qısa müddət sonra tırtılların bitki daxilinə keçməsini nəzərə alaraq kontakt təsirli pestisidlərin, bioloji preparatların və tırtıllara qarşı bioloji mübarizə agentlərinin həmin zaman kəsiyində tətbiqi təmin edilməlidir.

Nəticə olaraq qeyd edə bilərik ki, pomidor minalayıcı güvəsi ilə mübarizədə ən effektiv üsul sadalanan bütün mübarizə üsullarının birlikdə və təlimata uyğun tətbiqidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edir

Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan ilə IGAD-a üzv olan Afrika dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında strateji dialoq aparılıb

Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Rumıniya nümayəndə heyəti ilə tərəfdaşlıq və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Vens ABŞ ilə İran arasında 60 günlük danışıqlar dövrünün rəsmi olaraq başladığını elan edib

Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır

AZPROMO WAIPA ilə investisiya təşviqi sahəsində təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparıb

BƏƏ Azərbaycanın Körfəz regionunda əsas strateji tərəfdaşlarından biridir