Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri

Pompeo Yaxın Şərqdə: Vaşinqtonun regionla bağlı strateji planlarının bəzi aspektləri

Amerikanın dövlət katibi M.Pompeonun Yaxın Şərq ölkələrinə səfərinin bir sıra məqamlarını ekspertlər analiz edirlər. Məsələyə, təbii ki, geosiyasi kontekstdə yanaşılır. Vaşinqtonun Yaxın Şərq üçün mürəkkəb olan bir mərhələdə hansı addımları atmaq istədiyi böyük maraq doğurur. Bu məsələ D.Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı ilə bağlı verdiyi qərardan sonra daha da cəlbedici olub. Aparılan analizlər göstərir ki, Amerika rəhbərliyi, əslində, ciddi siyasi xətt reallaşdırmaq niyyətindədir. Onun geosiyasi aspektdə başlıca cəhəti Yaxın Şərqdə bir neçə yerli dövləti hərbi blokda birləşdirib, ondan öz maraqları naminə istifadə etməkdir. Bu, özlüyündə təhlükəli bir addımdır və bütövlükdə regionu yeni ixtilaflara sürükləyə bilər. Eyni zamanda, Yaxın Şərqin böyük dövlətlərinin vəziyyətə müdaxilə etməsi ehtimalı da artır. Çünki məsələnin bir tərəfi onların təhlükəsizliyi ilə bağlıdır. Bu müstəvidə M.Pompeonun regiona səfərinin geosiyasi özəllikləri üzərində geniş dayanmaq qərarına gəldik.

Mövqe dəyişikliyi, yoxsa müəyyən düzəliş: Amerikanın əsas məqsədi

Con Boltonun İsrail və Türkiyəyə uğursuz səfərindən sonra ABŞ dövlət katibi Mayk Pompeonun Yaxın Şərq turnesi maraqla gözlənilirdi. M.Pompeo regionun doqquz ərəb ölkəsinə baş çəkməyi planlaşdırmışdı. Bu, qarşıya qoyulan məqsədin geniş məna daşıdığına dəlalət edirdi. Amerikanın dövlət katibinin Qahirə universitetindəki çıxışı göstərdi ki, ekspertlər proqnozlarında yanılmayıblar. M.Pompeonun nitqində Vaşinqtonun Yaxın Şərq siyasətinin notları mövcud idi.

Məsələ kimin haqlı olub-olmamasında deyil - əsas odur ki, ABŞ indiyə qədər yeritdiyi siyasətin səmərəsiz olduğunu anlayıb. Bu, vacib məqamdır, çünki illərdir ki, Yaxın Şərqin böyük dövlətləri məhz bu həqiqəti Vaşinqtona çatdırmaq istəyirdilər. Lakin hər dəfə də Ağ ev Amerikanın strateji maraqları ifadəsi altında inadından dönmürdü. İndi isə M.Pompeo təntənəli surətdə bəyan edir ki, Barak Obama yanlış mövqe tutmuşdu. Ola bilər. Ancaq kim təminat verə bilər ki, D.Tramp da yanlış mövqe tutmur? Həm də bu sualın yaranmasının konkret səbəbləri mövcuddur. Bu baxımdan M.Pompeonun Qahirədəki amerikan universitetində pafoslu çıxışı siyasi ritorikadan başqa bir təsir bağışlamır.

Onun irəli sürdüyü tezislər indiki mərhələdə Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf istiqaməti baxımından düşündürücüdür. Vaşinqton yenə də hesab edir ki, İran regionda onun əsas düşmənidir. Deməli, başlanğıcda Amerika faktiki olaraq İsraillə bir sırada dayanır. Bu məqam Amerikanın Yaxın Şərq siyasətinin başlıca prinsiplərini müəyyən etməyə imkan verir. Burada ekspertlər ilk olaraq D.Tramp administrasiyasının xristian-yevangelist mövqedən çıxış etdiyini ifadə edirlər.

Doğrudan da, M.Pompeo Qahirədə xristian kilsəsinin açılması münasibətilə etdiyi çıxışda açıq deyib ki, o, "yevangelist-xristian" kimi buraya gəlib. Yevangelistlər isə konkret mövqeyi olanlardır - onlar israilpərəstdirlər. Hətta o dərəcədə ki, Amerikanın Təl-Əvivdəki səfiri David Fridman "The New York Times" qəzetinə müsahibəsində demişdi ki, yevangelistlər İsrailə bir çox yəhudi icmalarından daha çox sədaqətlidirlər. Belə çıxır ki, M.Pompeo Qahirədə ABŞ-ın Yaxın Şərq siyasətinin məhək daşının İsrail olacağını sətiraltı ifadə edib.

Bununla da Vaşinqtonun yeni Yaxın Şərq siyasətinin başlıca prinsipini aşağıdakı kimi formulə etmək olar: regionda İsrail üçün ən uyğun geosiyasi şərtlər təmin edən vəziyyət yaratmaq! Bu baxımdan İran birinci düşməndir və eyni məntiqlə Yaxın Şərqin lideri statusunda olan Türkiyənin də qarşısını kəsmək Vaşinqtonun planlarına daxildir. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İsrailin xüsusi xidmət orqanlarının nümayəndələri İranla Türkiyəyə qarşı mübarizə aparmaq üçün müzakirələr aparıblar. Siyahıya baxanda görürük ki, bəzi ərəb dövlətləri müsəlman ölkələrə qarşı ərəb torpaqlarını qəsb etmiş İsraillə bir sırada dayanmaqdan çəkinmirlər. Bu yaxınlarda İsrailin Baş naziri Binyamin Netanyahunun Omana səfəri də bu bağlılıqda ekspertləri düşündürməkdədir. Bu, Amerikanın regiondakı diplomatik fəaliyyətinin nəticələrindən biridir.

Amerikanın yeni Yaxın Şərq siyasətindən danışarkən, əslində, söhbətin məzmun dəyişikliyindən deyil, taktiki və strateji addımların korrektə olunmasından getdiyi nəticəsini ala bilirik. Dövlət katibinin Yaxın Şərq turnesi məhz bu bağlılıqda diqqəti çəkir. Geosiyasi kontekstdə M.Pompeonun irəli sürdüyü tezislərin mənası üzərində dayanmaq maraqlı olardı. Yuxarıda vurğulanan təməl tezislərə görə, Amerika Yaxın Şərqin hər bir ölkəsində, o cümlədən Suriyada özünün regiondakı ən yaxın müttəfiqinin maraqlarına cavab verən geosiyasi nizam yaratmaq xəttini davam etdirəcək. Bu isə o deməkdir ki, reallıqda ABŞ hərbi kontingentini regiondan çəkməyəcək. Sadəcə olaraq, onların bir qisminin dislokasiya yerini dəyişəcək. Burada məqsəd isə yarana biləcək hər bir kritik situasiyaya çevik və səmərəli müdaxilə etməkdən ibarət ola bilər. Məsələn, İraqdakı amerikan hərbi kontingenti lazım olanda İraq, Suriya və İrana müdaxilə etmək imkanı əldə etməlidir. Deyək ki, Suriyada radikal qrupları dəstəkləmək üçün öz hərbi kontingentindən istifadə edə bilər.

Yeni oyun qaydaları: ərəblər müsəlmanlara qarşı?

Zatən, ABŞ-ın rəsmi şəxsləri tez-tez bəyan edirlər ki, Suriyanın şimalındakı kürd qruplaşmalarını qoruyacaqlar. Ancaq Türkiyənin qətiyyətli mövqeyi onların planlarına düzəliş edilməsi lazımlığını ortaya qoyur. Con Bolton da son bəyanatında Türkiyə ilə müzakirələrin davam edəcəyini bildirib. Ankara Suriyadakı terror qruplarını məhv etməkdə qərarlılığını ifadə edib. Deməli, bu aspektdə Yaxın Şərqdə ABŞ-la regionun nüfuzlu dövlətləri arasında yeni səviyyədə mübarizə vüsət ala bilər. Yaranmış vəziyyətdən yalnız Amerikanın ədalətli mövqeyə gəlməsi nəticəsində çıxmaq mümkündür. Çünki Türkiyənin artıq güzəşt limiti yoxdur.

Bunları ümumiləşdirsək, Vaşinqtonun Yaxın Şərq siyasətinin başlıca özəlliyini müəyyənləşdirə bilərik. Amerika Yaxın Şərqi indiki mərhələdə yerli dövlətlərin öz əli ilə qarışdırmaqda davam etməyə üstünlük verir. Bunun üçün hərbi struktur yaratmağı da düşünür. Ona Vaşinqton şərti olaraq "Yaxın Şərq (ərəb) NATO"su adını verib. Konkret ismi isə yeni strateji Yaxın Şərq alyansıdır (Middle East Strategic Alliance - MESA). Bununla bağlı Mayk Pompeo Misirdə ifadə edib: "Bu addım Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurası üzvlərini, Misir və İordaniyanı bir yerə toparlamağa yönəlib. Biz bu gün həmin ölkələrin hər birindən xahiş edirik ki, həmin istiqamətdə növbəti addım barədə düşünsünlər. Bu tədbirlər ümumi təhlükə qarşısında təhlükəsizliyin möhkəmləndirilməsi üçün zəruridir…".

MESA-nın kimlərə qarşı savaşacağı aydındır. Yaxın Şərqdə ABŞ və İsrailin maraqlarına uyğun olmayan hər bir prosesin qarşısını indi ərəblərin öz əli ilə almağa çalışırlar. Yəni kənardakılar heç bir zərərə düşmür, əksinə, silahlarını yerlərdəki nökərlərinə satıb, müsəlmanları nəzarətdə saxlamağa cəhd edirlər.

Deyək ki, Yaxın Şərqin hansısa bir ölkəsində Vaşinqtonun maraqlarına uyğun olmayan hadisə baş versə, MESA orada olmalıdır. Burada istisna etmək olmaz ki, müəyyən məqamda Yaxın Şərqdə regional müharibə meydana çıxa bilər. Əgər MESA qurulsa və bir neçə ərəb ölkəsinin hərbçiləri kimlərəsə qarşı birgə savaşsa, başqa böyük dövlətlər də onlara qarşı vuruşa bilərlər. Bu da regionda əsl xaosa yol açar.

Belə çıxır ki, M.Pompeonun doqquz ərəb ölkəsinə səfərinin arxasında təhlükəli geosiyasi məqamlar dayanır. Vaşinqton regiondakı əsgərlərinin sayını azaltmağı yerlərdəki müttəfiqlərini silahlandırmaqla əvəz etməyi düşünür. Bu da Yaxın Şərqdə ölkələri təhlükəsizliyə deyil, daha fərqli təhlükələrin meydana gəlməsinə sürükləmək deməkdir. Etiraf etmək gərəkdir ki, çox təhlükəli və aldadıcı gedişatdır. Əgər ərəb dövlətləri bu tələyə düşsələr, dolayısı ilə kənar qüvvələrin iradəsini tam yerinə yetirməyə məcbur olacaqlar.

Məsələnin digər aspekti regionun böyük dövlətlərinin fəaliyyəti ilə bağlıdır. Şübhə yoxdur ki, Tehran öz hesabını götürür və qarşılıqlı addım atacaq. Ən böyük toqquşmanın Suriyada ola biləcəyini təxmin etmək olar. Amerika rəsmiləri İranın oradan çəkilməli olduğunda çox israrlıdırlar. İran isə Suriyada sabitliyi təmin etməli olan üç ölkədən biridir (Rusiya, Türkiyə, İran). Deməli, Suriyanın istənilən yerində Amerika-İran toqquşması ola bilər. Bu baxımdan maraqlıdır ki, Amerika öz hərbi qüvvəsini İŞİD və şiə milisləri olan bölgələrə yönəldə bilər. Suriyada Vaşinqtonun öz güclərini kürdlər olan ərazidən çəkib, İranın hakim olduğu istiqamətlərdə yerləşdirməsi variantı istisna edilmir. C.Bolton və M.Pompeonun regiona səfərləri zamanı daim İran məsələsi üzərində dayanmaları da bu ehtimala əlavə çəki verir. Hər bir halda Yaxın Şərqdə Amerikanın başqa bir mövqedən fəallaşmağa başladığı hiss edilməkdədir.

Bütün bunlar onu təsdiq edir ki, M.Pompeonun Yaxın Şərqin ərəb ölkələrinə səfəri reallıqda Amerikanın Suriyadan çəkilməsini deyil, Vaşinqtonun faktiki olaraq yeni siyasi xətt seçməsini ifadə edir. Özünü barış, sülh və əməkdaşlıq carçısı kimi təqdim etməyə cəhd göstərən Amerika iqtidarı bu addımla iki hədəfi vurmağı planlaşdırır. Birincisi, özünün müsəlmanlar arasında olan mənfi imicini bərpa etməyə çalışır. İkincisi, regionda rəqibi olan başqa böyük güclərin şansını azaltmağı hədəfləyir.

Lakin bir sıra ekspertlər başqa sual da qaldırırlar: Amerika bu cür planları ilə Yaxın Şərqi yeni bəlalara sürükləmirmi? Yevangelizm ideoloji konsept olaraq təcavüzkardır və yeni Armaqeddon meydana gətirə bilər!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir