Portuqaliya Ukraynaya əlavə olaraq 95 milyon avro ayıracaq
Bakı, 12 iyul, AZƏRTAC
Portuqaliya 2024-cü ildə Ukraynaya 95 milyon avro məbləğində əlavə yardım ayırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın Baş naziri Luis Monteneqro bu barədə NATO-nun Vaşinqtonda keçirilən sammiti zamanı jurnalistlərə deyib.
“Portuqaliya Ukraynanı qeyd-şərtsiz dəstəkləyir. Biz bu il ayırdığımız 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik”, - deyə o, RTP telekanalına bildirib.
Qeyd edək ki, mayın 28-də Ukrayna və Portuqaliya 2024-cü ildə Lissabonun Kiyevə ilkin olaraq 126 milyon avro hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Portuqaliya, həmçinin F-16 qırıcılarının göndərilməsi üzrə beynəlxalq koalisiyada və dəniz koalisiyasında iştirakını təsdiqləyib.
Baş nazir Portuqaliyanın Ukraynaya yardımının bu il təxminən 220 milyon avroya çatacağını və 2025-ci ildə də eyni həcmdə yardım göstəriləcəyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]