POTİ-BAKI-AKTAU-ALMATI MARŞRUTU İLƏ KONTEYNER DAŞIMALARINA TEZLİKLƏ YENİDƏN BAŞLANA BİLƏR
Ə.Mamin jurnalistlərə demişdir: “İndi biz həmin məsələnin həlli ilə məşğuluq. Ötən ilin axırlarında nümayiş üçün bu marşrutla konteyner qatarı buraxdıq və bunu müsbət təcrübə hesab edirik. Bu xidmət növü kifayət həcmdə konteyner yükləri olduğu təqdirdə işləyə bilər”.
Görüşdə Azərbaycan tərəfi Poti-Bakı-Aktau-Almatı marşrutu ilə konteyner daşımalarına yenidən başlanması barədə təklifini vermişdir. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov demişdir: “Azərbaycan bu məsələyə həmin dəhlizlə yük daşımalarını artırmağın mümkünlüyü kimi baxır”. O xatırlatmışdır ki, 1996-cı ildə Avropa İttifaqının təşəbbüsü ilə TRASEKA Proqramı çərçivəsində belə əlaqə təşkil edilmişdi, lakin sonralar bəzi səbəblərə görə bu layihə həyata keçirilməmiş qaldı.
Z.Məmmədov demişdir: “İndi biz bu növ daşımalara yenidən başlanmasını təklif edirik. Bu, həmin istiqamətdə əmtəə dövriyyəsi həcminin əlavə olaraq artmasına təkan verəcəkdir. Bundan başqa, öz yüklərini bu marşrutla daşımaq istəyənlərin sayı da artacaqdır”.