Premyer Liqa: "Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qarşı
Bakı, 14 mart, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə "Sabah" arasında olacaq. Qarşılaşma saat 15:00-da başlayacaq. Hazırda Masazır təmsilçisi 56 xalla turnir cədvəlinə başçılıq edir. İmişli klubu isə 22 xalla 9-cu pillədə qərarlaşıb.
Günün digər oyununda "Qarabağ" "Zirə"nin qonağı olacaq. Görüş saat 19:15-də başlayacaq. Ağdam təmsilçisi 49 xalla ikinci sırada yer alıb. "Köhlən atlar"ın ehtiyatında daha bir oyunu var. "Qartallar" isə 39 xalla 4-cüdür.
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" isə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 15-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]