Premyer Liqa: “Sumqayıt”la oyun Ayxan Abbasov üçün əlamətdar olub
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının VI turu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb. Bu, “Sumqayıt”la qarşılaşmaya (1:0) təsadüf edib.
Abbasov karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Mütəxəssisin komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.
Qeyd edək ki, Ayxan Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]