SİYASƏT
Prezident: Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır
Bakı, 21 may, AZƏRTAC
Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən deyib.
Dövlətimizin başçısı bildirib ki, korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. İctimai nəzarətin xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amil olduğunu vurğulayan Prezident deyib: “Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir”.