PREZİDENT HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ GÖRÜNTÜSÜ
Tarixi şəxsiyyətlər xalqın onlardan gözlədikləri bir çox şeyləri qəlblərində daşıyırlar. Heydər Əliyev də tarixi siması ilə xalqımıza olan xidmətlərini xalq ondan istəmədən, təmənnasız vermişdir.
Heydər Əliyev hazırda sivilazasiya uğrunda mübarizə aparmaqdadır. Azərbaycanın bügünkü müharibəsi, insanlığın mənfəəti və Şərq millətlərinin xoşbəxtliyi üçündür. Heydər Əliyev, insanları xoşbəxt etmək üçün onları bir-birinə yaxınlaşdırmaq arzusundadır.
Heydər Əliyev, eynilə Atatürk kimi, nə ideoloji, nə də mənfi fikirləri yerləşdirmək məqsədində, amalında deyildir. Atatürk demokratiyanı mənimsəmiş və zorakılığa qarşı çıxmışdır. Prezident Heydər Əliyev də eyni yoldadır, dövləti qorumaq üçün gördüyü hüquqi tədbirlərin zorakılıqla əlaqəsi yoxdur. Heydər Əliyev eynən Atatürk kimi, doktrinaçılıq anlayışından uzaq olub, demokratiya tərəfdarıdır.
Heydər Əliyev xalq qarşısında özünü məsuliyyətli hesab edir. Atatürk kimi, o da etinasız idarəçiliyin qarşısını almaqdadır. Heydər Əliyev "hər şeyi mən bilirəm" iddiasında deyildir. Bütün qərarlarını millətlə ortaq şəkildə almaq səyində bulunur.
Heydər Əliyev bütün dünya qarşısında siyasi anlayışının hesabını açıqca ortaya qoya bilməkdədir. Atatürk kimi, o da millətin bütünlüyü və azadlığı üçün qurtuluş savaşı verməkdədir. Hökumətin və hakimiyyətin millətin bir parçası olduğunu qətiyyətlə ifadə etməkdədir.
Heydər Əliyev Atatürk kimi beynəlmiləlçidir, fundamentalist deyildir. Heydər Əliyev Azərbaycanda demokratiyanın həm ideoloqu, həm təşkilatçısı və həm də icraçısıdır. Göruntü budur və buna qətiyyətlə inanmaq lazımdır ki, Prezident Heydər Əliyevin heç bir zaman alternativi yoxdur.
iyun 1996-cı il.