Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə başsağlığı verib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Çində yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlərin onu olduqca kədərləndirdiyini bildirib.
“Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin Xalq Respublikası bu bəlanın öhdəsindən layiqincə gələcək.
Əmin ola bilərsiniz ki, bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlətimizin başçısı xəstəliyə düçar olaraq vəfat edənlərin ailələrinə şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, virusa yoluxanların tezliklə sağalmasını arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 6 oktyabr
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 06.10.2026 [10:50]