PREZİDENT İLHAM ƏLİYEV DÖVLƏT BAYRAĞI MEYDANINDA İNŞAAT İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Dövlət bayrağı meydanında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Bakıda Dövlət bayrağı meydanının yaradılması haqqında Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncama uyğun olaraq, həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, Dövlət bayrağı meydanı mütəxəssislər tərəfindən yüksək peşəkarlıqla hazırlanmış xüsusi layihə əsasında yaradılır. Azərbaycanın “Azenko” şirkəti tərəfindən aparılan tikinti işlərinə xarici mütəxəssislər də cəlb edilmişdir. 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün lazımi infrastruktur yaradılacaqdır. Burada ucaldılacaq Dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün isə ölçüsü 35x70 metr, sahəsi 2450 kvadratmetr, çəkisi 250 kiloqram olacaqdır. Bayrağın ucalacağı dayağın 96 metrlik hissəsində tikinti-quraşdırma işlərinin başa çatdığı bildirildi.
Prezident İlham Əliyev inşaat işləri aparılan ərazini gəzdikdən sonra Dövlət bayrağı meydanının layihəsinə baxdı, tikintinin keyfiyyəti və texniki parametrləri ilə maraqlandı, işlərin yüksək standartlara uyğun görülməsi ilə bağlı tapşırıqlarını verdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |







