Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ YENİ MƏNZİLLƏRİN ORDERLƏRİNİ TƏQDİM ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ YENİ MƏNZİLLƏRİN ORDERLƏRİNİ TƏQDİM ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, avqustun 28-də Sumqayıtda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Çernobıl qəzası əlilləri üçün tikilmiş dördmərtəbəli 36 mənzilli yaşayış binası istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş binaya əlillərin rahat daxil olmaları üçün xüsusi giriş quraşdırılmış, hər bir mənzil mebel və digər məişət avadanlığı ilə təmin edilmişdir.

Azərbaycan Prezidentinin adından hər bir ailəyə televizor və soyuducu hədiyyə olunmuşdur.

Binaya qaz, elektrik və su xətləri çəkilmiş, bütün mənzillər telefonlaşdırılmış, mərkəzi istilik sistemi, yanğın əleyhinə xəbərdarlıq siqnalı quraşdırılmışdır.

Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sakinlərə təqdim etdi.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Vasili Əliyevin həyat yoldaşı, polis mayoru AYGÜN ƏLİYEVA yeni mənzil alanlar adından dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Hörmətli Prezident, xoş gəlmisiniz. Cənab Prezident, icazə verin, şəhid ailələri adından, əlillər adından Sizə öz minnətdarlığımızı bildirək. 1992-ci ildə həyat yoldaşım torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur, Azərbaycanın Milli Qəhrəmanıdır. Mən özüm də həyat yoldaşımla birgə döyüşmüşəm, müharibə veteranıyam. Bu gün də daxili işlər orqanlarında xidmət edirəm, polis mayoruyam.

Cənab Prezident, bizim üçün çox bir əziz gündür, sevincimizin həddi-hüdudu yoxdur. Bütün şəhid ailələri adından, müharibə veteranları adından Sizə dərin minnətdarlığımızı bildiririk. O qədər həyəcanlıyam, o qədər sevincliyəm ki, cənab Prezident, nə deyəcəyimi bilmirəm. Bu binanın xarici görünüşü də, daxili quruluşu da çox gözəldir. Cənab Prezident, biz Sizin siyasətinizə inanırıq, ulu öndərimizin davamçısısınız. 1996-cı ildə mənə ulu öndərimizlə görüşmək qismət olmuşdu. Bu gün də mənim üçün çox xoş gündür ki, onun davamçısı, gözəl siyasətçimiz - Sizinlə görüşürəm.

Prezident İLHAM ƏLİYEV yeni mənzil alanları təbrik edərək dedi:

- Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Hamınızı təbrik edirəm. Xoşbəxt yaşayın. Həm xarici görünüşü baxımından, həm də ki, daxili təchizatı baxımından gözəl binadır. Burada çox gözəl standartlar tətbiq olunubdur. Ümumiyyətlə, son illər ərzində Azərbaycanda şəhid ailələri, Qarabağ əlilləri üçün binaların, evlərin tikintisi çox geniş vüsət almışdır. Demək olar ki, ölkəmizin hər bir yerində belə binalar tikilir və mənzillər paylanır. Siz buna layiqsiniz. Siz daha da böyük hörmətə, diqqətə layiqsiniz. Azərbaycan uğrunda, Vətən uğrunda şəhid olmuş insanların ailələri, yaralanmış, zədə almış, xəsarət almış insanlar, əlil olmuş insanlar dövlət tərəfindən maksimum dərəcədə qayğı ilə əhatə olunmalıdırlar. Biz çalışırıq bunu edək. Azərbaycan güclü sosial siyasət aparmaqla həm öz dövlət siyasətini, öz niyyətini göstərir, həm də ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görür. Biz gələcəkdə bu siyasəti davam etdirəcəyik və ehtiyacı olan, növbədə dayanan hər bir insanın məişət problemlərinin həlli üçün çalışacağıq. Bundan sonrakı illərdə bu, daha da geniş tətbiq olunacaqdır. Çünki Azərbaycan dövlətinin iqtisadi imkanları böyüyür, möhkəmlənir, bizim dövlət büdcəmiz artır.

Əlbəttə ki, sosial məsələlərin həlli üçün bundan sonrakı illərdə daha da böyük vəsait ayrılacaqdır. Biz çalışmalıyıq ki, Azərbaycanda ehtiyac içində yaşayan insanların sayı azalsın, xüsusilə, ilk növbədə, dövlət Vətən uğrunda böyük xidmətlər göstərmiş, öz sağlamlığını itirmiş, yaxınlarını itirmiş insanlar üçün bütün tədbirləri görməlidir.

Siz Vətən uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda döyüşmüsünüz, vuruşmusunuz. Bu gün Azərbaycan müstəqil dövlət kimi uğurla inkişaf edir. Bütün problemlər öz həllini tapır və tapacaqdır. O cümlədən şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də həlli beynəlxalq hüquq normaları və prinsipləri əsasında olacaqdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü güzəştə getməyəcək, heç vaxt Dağlıq Qarabağın müstəqil olmasına imkan verməyəcəkdir.

Azərbaycanın razılığı olmadan heç vaxt Dağlıq Qarabağ müstəqil qurum kimi tanınmayacaqdır. Biz heç vaxt buna razılıq verməyəcəyik. Biz tələb edirik ki, münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir. Bu yaxınlarda bu barədə yeni bəyanatlar səslənmişdir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul edilmiş 4 qətnaməsində göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan qeyd-şərtsiz çıxmalıdır. Biz buna çalışırıq və danışıqların əsas mahiyyəti bundan ibarətdir.

Bir də demək istəyirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəkdir. Biz həm siyasi, həm iqtisadi, diplomatik və hərbi imkanlarımızdan istifadə etmək hüququndayıq. Bu, bizim təbii hüququmuzdur və bir də demək istəyirəm ki, beynəlxalq hüquq normaları da bu hüququ bizə verir.

Azərbaycanın Prezidenti və Silahlı Qüvvələrin Ali Baş komandanı kimi mən bundan sonra da ordu quruculuğuna böyük diqqət göstərəcəyəm. Bildiyiniz kimi, son illər ərzində bu sahədə çox böyük nailiyyətlər vardır. Azərbaycan Ordusu bölgədə ən güclü ordudur və bu il keçirilmiş hərbi parad bunu bir daha göstərdi. Həm Azərbaycanı sevən insanlara, həm də Azərbaycana düşmənçilik mövqeyində dayanan qurumlara bunu göstərdik. Biz ordu quruculuğu prosesini davam etdirəcəyik. İldən-ilə artan hərbi xərclər Azərbaycan Ordusunu gücləndirir. Azərbaycan Ordusu istənilən anda öz ərazisində istənilən əməliyyatı apara bilər, heç kim bu işlərə müdaxilə edə bilməz. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verməyəcəyik.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə mən sizi bir daha ürəkdən təbrik edirəm. Əminəm ki, siz bu gözəl evlərdə yaxşı yaşayacaqsınız, xoşbəxt yaşayacaqsınız.

X X X

Sonra Prezident İlham Əliyev mənzillərlə tanış oldu. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirdi ki, binanın tikintisinə 2007-ci ildə başlanmışdır. Mənzillərin 5-i şəhid ailələri, 29-u Qarabağ müharibəsi əlilləri, 2-si isə Çernobıl qəzası əlilləri üçün ayrılmışdır.

Dövlətimizin başçısı yeni mənzillərin sakinlərini bir daha təbrik etdi, ən xoş arzularını bildirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Buxarada Azərbaycan və Özbəkistan musiqisinin həzin nəğmələri səslənib

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi